Təhlil

100 ilin yalanı – “erməni soyqırımı”- II hissə

“Erməni soyqırımı”na yaşıl işıq yandıran müəlliflərdən biri də avstriyalı Frans Verfeldir (1890-1945). O, katolik ermənilərin təsiri altında olmuşdur. Saxta sənədlər əsasında onun müəllifliyi ilə 1934-cü ildə işıq üzü görən “Musadağda 40 gün” romanı bir çox dillərə tərcümə edilmişdir.

100 ilin yalanı – “erməni soyqırımı”- I hissə

Osmanlı imperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən planlar cızır və onları həyata keçirmək üçün müxtəlif yollar axtarırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların reallaşdırılması məqsədilə ortaya atılmışdı.

1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı

Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, azərbaycanlıların yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi bərədə o dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar öz əksini tapmışdır.

 

 

1918-ci il azərbaycanlıların soyqırımı. Şamaxıda mart qırğınları

Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün  ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri  arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı qırğınları ayrıca yer tutur.

Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı (1918-1920-ci illər)

Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı (1918-1920-ci illər) Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmir, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu.