HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Cibuti parlamenti Xocalı soyqırımını tanıyıb

14852409586372120403_1000x669

Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qətnamə Milli Assambleyanın spikeri Məhəmməd Əli Huməd ilə görüşdə Azərbaycan səfiri Elman Abdullayevə rəsmən təqdim olunub. Cibuti parlamentinin sədri ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb.

Ermənistanın dövlət ideologiyası faşizm prinsiplərinə əsaslanır

armyane-v-baku

Nürnberq məhkəməsinin tarixi qərarları bugünkü neonasistləri də ittiham edir

70 il öncə, 1946-cı ildə Nürnberq tribunalı sağ qalmış alman nasist cinayətkarlarına hökm qərarını elan etmişdir. Məhkəmə prosesi 20 noyabr 1945-ci ildə Almaniyanın kiçik bir şəhəri Nürnberqdə başlamışdır. Bu şəhər təsadüfən seçilməmişdir. Şəhər uzun zaman faşizmin istehkamı olmuş, milli-sosialist partiyasının qurultayının və onun hücumçu dəstələrinin paradının qeyri-ixtiyarı şahidinə çevrilmişdi.

NATO PA-da erməni yalanı bir daha ifşa edildi

bc5983b67a44bcede801e2ff363b54e0_xl

Ermənistanın beynəlxalq miqyasda aldığı növbəti zərbə Azərbaycan diplomatiyasının uğurları sırasına yazıldı

Təcavüzkar Ermənistan dövlətinin müxtəlif səviyyələrdə ifşası davam edir. Bu dəfə Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət olması NATO Parlament Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasının qətnaməsində öz əksini tapdı. Bu, Ermənistanın beynəlxalq miqyasda aldığı daha bir zərbə olmaqla yanaşı, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir.

“The Algemeiner”: Soyqırımından salamat qalanların nəsli: Auşvitsdən Xocalıya qədər

14797122174561256062_1000x669

ABŞ-da çıxan yəhudilərə məxsus “The Algemeiner” qəzetində amerikalı ravvin və “Xocalı: bəşəriyyət əleyhinə cinayət” kitabının müəllifi İzrail Barukun “Soyqırımından salamat qalanların nəsli: Auşvitsdən Xocalıya qədər” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə İkinci Dünya və Qarabağ müharibələrinin odundan-alovundan keçmiş iki azərbaycanlının taleyindən danışılır.