HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

1905-ci il erməni vəhşilikləri

1905-1906-cı illərdə Cənubi Qafqazda erməni və türk müsəlmanlar arasında ən kəskin döyüşlər Gəncə quberniyasının Şuşa və Gəncə şəhərlərində olmuşdur.

“Bu, mədəni, etnik və ya dini zəmində baş verən məhvdir”

+++en_az_soyqirim_tehlil_manshet_shekil

Malori Moss 20 il əvvəl, 1994-cü ilin bu ayında, təxminən 500 mindən 1 milyona qədər ruandalı kişi, qadın və uşaqların qətlinin “soyqırım statusu” əldə etməsi cəmi 100 gün çəkdi. İzlədiyim xəbər proqramları günün cinayətləri üçün düzgün başlıq tapmağa çalışan icmalçıları və yazıçıları xatırlatdı. Bu, mənim üçün “etnik təmizləmə” ifadəsini xatırladılıb qəbahətimi dərk etdiyim dövr idi. İngilis dilində (və ya hər hansı digər dildə) başqa hansı söz təmizlənmə üçün günahsız (və ya hətta o qədər də günahsız olmayan) insanların öldürülməsini ifadə edir?

Ballıqaya qətliamından 29 il ötür – faciə şahidləri danışır


Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, yüz minlərlə insan doğma yurdundan didərgin salınıb. Ermənistan silahlı qüvvələrinin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri də Ballıqaya qətliamıdır. 29 il əvvəl erməni quldurları tərəfindən törədilən bu faciə Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə həyata keçirilən silsilə kütləvi qırğınlardan biridir.

Anar İsgəndərov: Zəngəzur deyilən ərazinin bütün toponimləri türk adlarıdır

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəzifəsindən istefa verməsindən sonra həm Sovet İttifaqında, həm Ermənistanda, həm də xaricdə yaşayan ermənilərin Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana birləşdirilməsi uğrunda mübarizəsi başladı. Digər tərəfdən də Azərbaycanda siyasi rəhbərlik qətiyyət göstərə bilmədiyinə görə Ermənistan müharibənin birinci dövründə Dağlıq Qarabağ deyilən ərazini işğal edə bildi. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, ölkənin bir milyon vətəndaşı qaçqınlıq və köçkünlük həyatını yaşamağa məcbur edildi.