HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

“24 aprel soyqırımı” erməni uydurmasıdır

Erməni ideoloqları və onların havadarları artıq bir əsrdir dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı törədilmişdir. Tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirməklə erməni millətçiləri ondan öz siyasi məqsədləri üçün istifadə edirlər. Əsas məsələ odur ki, indi ayrı-ayrı ölkələrin parlamentində tarix kitabının bir səhifəsini oxumayan, “tarixçi” rolunda çıxış edənlər əl qaldırıb-endirməklə heç bir zaman olmayan uydurma “soyqırımı”nın guya olduğu barədə sənədlər qəbul edirlər. 

Hacı Zeynalabdin Tağıyev Bakıda mart hadisələrinə dair teleqram göndəribmi?

 1918-ci il mart ayının 30-da axşam radələrindən başlayaraq Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar aprelin 2-nə kimi davam etmiş, öz kütləvi xarakterinə, miqyasına və amansızliğına görə “milli faciə” (1) kimi qiymətləndirərək Azərbaycan tarixinə “1918-ci il Mart hadisələri” adı ilə daxil olmuşdur.

1918-ci ilin mart soyqırımı Stepan Şaumyanın adı ilə bağlıdır

XX əsrdə Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən biri Stepan Şaumyanın adı ilə bağlıdır. S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək faktiki “Daşnaksütyun” partiyasının proqramını həyata keçirirdi.

Bolşeviklər 1918-ci il soyqırımı haqqında

Azərbaycanda 1918-ci ilin faciəli hadisələrinin mənzərəsənin bolşeviklərin interpretasiyasında bərpası ilə bağlı ilk addımlar artıq sovet hakimiyyəti qurulandan dərhal sonra atıldı.

1918-ci il azərbaycanlıların soyqırımı. Şamaxıda mart qırğınları

Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün  ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri  arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı qırğınları ayrıca yer tutur.

Lənkəranda qırğınlar

soyqırım-qurbanları

1918-ci ilin martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan”Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq ücün bəhanə oldu.