Azərbaycanlıların soyqırımları

BAKI ŞƏHƏRİNİN AZƏRBAYCANDAN QOPARILMASI feature

Erməni hərbi birləşmələri və onların Bakıdakı mart soyqırımında rolu

BAKI ŞƏHƏRİNİN AZƏRBAYCANDAN QOPARILMASI

1914-ci ilin iyulunda Birinci dünya müharibəsinin başlanması Rusiya imperiyasında vətənpərvərlik ruhunun görülməmiş yüksəlməsinə gətirib çıxardı. Çar hökumətinə, qulluq göstərməkdə canfəşanlıq edən qüvvələrin sırasında “Daşnaksutyun” partiyası xüsusi yer tuturdu. Erməni “türk zülmündən” qurtarmaq üçün rus çarına və ordusuna inamının möhrəm əsasları var idi. Çünki hələ Osmanlı imperiyasına müharibə elan edilməmişdən əvvəl II Nikolay ermənilərə ünvanlanmış xüsusi bəyanat yayıb, onlara türklərin “despotik əsarətinə” çar hökumətinə yardım etdikləri halda, onlara “azadlıq və ədalət” vəd etmişdi. Bu çar  tərəfindən görülməmiş “alicənab jest” idi, çünki bundan bir qədər əvvəl, 1909-cu ildə bütün Rusiya üzrə ardı-arası kəsilməyən və rus hökumət orqanlarının səbr kəsasını doldurmuş terror aktları törətmiş daşnak təşkilatları üzvlərinin kütləvi həbsləri keçirilmişdir. Həmin vaxtda bütün dünyada “Daşnaksutyun” partiyasının üzvlərinin sayı 165 minə çatırdı və yalnız Bakı təşkilatında 2 mindən artıq üzv var idi.

baki feature

BAKI ŞƏHƏRİNİN AZƏRBAYCANDAN QOPARILMASI UĞRUNDA CƏHDLƏR

baki

(1917-ci il oktyabr -1918-ci il iyul)

1917-ci il Oktyabr ayının 26-də bolşeviklər Rusiyada siyasi hakimiyyəti silah gücünə ələ keçirəndən sonra uzun illərdən bəri rus demokratiyasına ümid edən qüvvələrin istəkləri iflasa uğradı. Digər tərəfdən, bu siyasi hadisə həm Antanta blokuna, həm də Dördlər blokuna daxil olan dövətləri Rusiya ilə bağlı öz siyasətlərini dəyişmək məcburiyyətində qoydu. Oktyabr çevrilişi nəticəsində Rus ilə milli ucqarlar arasında, o cümlədən Cənubi Qafqazla əlaqə kəsildi.        

Urfada-ermənilərdən-ələ feature

Ermənilərin törətdikləri soyqırımlarını ermənilər ifşa edir

Urfada-ermənilərdən-ələ-keçirilən-silahların-bir-qismi

Dünyada ermənilərə istər Osmanlı imperatorluğundan, istər Türkiyə Cümhuriyyətindən, istərsə də Azərbaycandan daha artıq şərait yaradan başqa bir dövlət və ya millət göstərmək mümkün deyil. Ancaq ermənilər Azərbaycan türklərinin ata-baba yurdu olan İrəvan xanlığında qurduqları dövlətdə bu haqqı türklərə tanıtmırlar. Tarixi sənədlər bu yazdıqlarımızı sübut edir. Fəqət ermənilər istismar planlarını yerinə yetirə bilmək üçün uydurmalarına davam edir, Birinci Dünya müharibəsi və sonradan Anadolunu və Azərbaycanı talayıb yağmaladıqları kimi, bu gün də ölkəmizin Qarabağ bölgəsini və ətrafını yaxıb-yandırırlar. Onlar atəşkəs müqaviləsi imzalamalarına baxmayaraq, Azərbaycanla müharibə şəraitini davam etdirir, işğal altında tutduqları torpaqlardan sərhədçilərimizə, sərhədyanı bölgələrdə yaşayan insanlarımıza atəş açır, tez-tez Azərbaycan əsgərlərini, dinc sakinləri həlak edirlər. Doğrudur, onlar Azərbaycan əsgəri tərəfindən layiq olduqları cavabı alırlar. Dünya ictimaiyyəti də bütün bunlara seyrçi qalır. Xocalı soyqırımına seyrçi qaldığı kimi.

Urmu qetliami1 feature

Cənubi Azərbaycanda erməni terroru

Urmu qetliami1

 1917-1918-ci illərdə Urmiya bölgəsində 130 mindən artıq azərbaycanlı soyqırıma məruz qalıb

VI ordu komandanı Xəlil paşanın III ordu komandanlığına 26 mart 1918-ci il tarixində göndərilən bir teleqramı da diqqəti cəlb edir. Teleqramdan bəlli olur ki, Osmanlı dövləti, Urmiya gölü ətrafında ermənilərin fəaliyyətlərinin qarşısını almaq üçün Cənubi Azərbaycandakı müsəlman əhalidən toplanacaq qüvvələrlə VI və III orduların birlikdə həyata keçirəcəkləri Qars-İrəvan istiqamətində yürüş başlamağı planlaşdırmışdır. Həmçinin İran vəliəhdinin başçılığı ilə Təbrizdən hərəkət edən hərbi hissə ilə ermənilər arasında Xoyda baş verən vuruşmada ermənilər məğlub olaraq qaçmışdılar. Bu, bir daha yerli əhalinin erməni cəlladlarına qarşı mübarizə aparmasını sübut edir.

мартовская трагедия feature

Azərbaycanda mart faciəsindən bir əsr keçir, günahkarlar isə hələ də cəzalanmayıb

мартовская трагедия

Martın 30-da Versii.com internet nəşrində hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Arif Cəmil oğlu Quliyevin azərbaycanlıların soyqırımından bəhs edən “Azərbaycanda mart faciəsindən bir əsr keçir, günahkarlar isə hələ də cəzalanmayıb” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.

Hər il martın 31-də Azərbaycanlıların Soyqırımı Günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Bu, son 100 ildə Azərbaycanda baş vermiş qanlı hadisələrin qurbanlarının xatirə günüdür. 1918-ci il martın 30-31-də Bakı kommunasının başçıları şovinist ermənilərlə birlikdə müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törətmişdilər.

1918-20 feauture

1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı

 1918-20

1918-ci ildə türk-müsəlman əhalisinə qarşı törədilən cinayətləri üzə çıxarmaq Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra mümkün olmuşdur. Beləki, Milli hökumətin ən mühüm qərarlarından biri daşnak canilərinin  törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu. Hökumətin iclasında Xarici işlər naziri M.H.Hacinski bu məsələ ilə bağlı çıxışında qeyd etdi ki, 4 aydır ki, erməni cəlladları dinc müsəlman əhalisinin həyatı və əmlakı üzərində görünməmiş vəhşiliklər törədirlər. Bununla yanaşı, zorakılıq törədənlərin yalan xəbərləri nəticəsində Avropa ictimaiyyətində bizimlə bağlı əks əhval-ruhiyyə yaradılır. Buna görə də belə bir təşkilatın yaradılmasına böyük ehtiyac hiss olunur. Həmin təşkilat Fövqəladə Komissiya  xarakteri daşımalıdır, həm də bu komissiyanın topladığı sənədlər Azərbaycan, rus, ingilis, fransız, alman dillərində nəşr edilib yayılmalıdır. Vəkil Ələkbərbəy Xasməmmədov (sonralar Azərbaycan Məhkəmə Palatasının sədri olmuşdur) Təhqiqat Komissiyasının sədri təyin edildi. (2) Bir neçə ay ərzində Fövqəladə Təhqiqat Komissiyası daşnak quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük iş gördü. Zərər çəkmiş on minlərlə vətəndaş və şahidə dindirilmiş, çoxlu material, maddi dəlil-sübut, fotosənəd toplandı.