Azərbaycanlıların soyqırımları

İrəvan quberniyasının müsəlman sakinlərinin üçdə ikisindən çoxu öldürülmüş və ya qaçqına çevrilmişdi.

irevan

Birinci Dünya Müharibəsi zamanı Rusiyanın hərbi hakimiyyəti ermənilər və azərbaycan türkləri arasında 1905-ci il iğtişaşlarının təkrar olunmasına imkan vermirdi. Lakin Rusiya hakimiyyətinə son qoymuş rus inqilabı zamanı düş­mənçilik yenidən alovlandı. Azərbaycanın ən iri şəhəri olan Bakı əhalisi əsasən türklərdən, ermənilərdən və ruslardan ibarət idi. Zaqafqaziyanın bu hissəsindəki neft səneyesinin yüksək inkişaf səviyyəsilə bağlı olaraq o zaman Bakı çoxsaylı fəhlə sinfi olan sənayeləşdirilmiş şəhər idi. Odur ki, rus inqilabının təsiri Zaqafqaziya regionunun digər hissələrindən fərqli olaraq Bakıda özünü daha geniş biruzə verdi. Şəhər Bakı Kommunası adlandırılan inqilabi hökümət tərə­findən idarə olunurdu. Burada hakimiyyət əsasən daşnakların və bolşeviklərin əlində cəmləşmişdi.

Prezident Kitabxanasının “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” elektron nəşrinin rus versiyası istifadəyə verilib

soyq-14612282693084021189_1000x669

Ötən il dünya ermənilərinin uydurma “soyqırımı”nın 100 illiyini qeyd etdikləri ərəfədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron nəşr hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Kitabxana əməkdaşlarının Azərbaycan və ingilis dillərində hazırladıqları həmin elektron nəşrin təqdimatı zamanı təklif edilmişdi ki, keçmiş Sovet İttifaqı ərazisində yaşayan xalqların həm işğal edilmiş Azərbaycan ərazilərində, həm də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində erməni vandallarının tarixi-memarlıq abidələrimizə, qəbiristanlıqlara qarşı həyata keçirdikləri vandallıq aktları barədə ətraflı məlumat əldə etmələri üçün elektron nəşrin rus dilində də versiyası hazırlansın. Hazırda Kitabxananın əməkdaşları bu işi başa çatdıraraq elektron nəşrin rus dilində versiyasını http://www.armenianvandalism.az domeni vasitəsilə istifadəçilərə təqdim edib.

Quba Soyqırımı Memorial Kompleksində elmi-praktik seminar keçirilib

 12890961_838303262961980_5468821229784905532_o Martın 31-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Quba Soyqırımı Memorial Kompleksində  “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda elmi–praktik seminar keçirildi. Seminarda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, “1905.az” portalının, “Miras” İctima Birliyinin əməkdaşları, alimlər və Qərb Universitetinin tələbələri iştirak edirdilər.

Erməni hərbi birləşmələri və onların Bakıdakı mart soyqırımında rolu

BAKI ŞƏHƏRİNİN AZƏRBAYCANDAN QOPARILMASI

1914-ci ilin iyulunda Birinci dünya müharibəsinin başlanması Rusiya imperiyasında vətənpərvərlik ruhunun görülməmiş yüksəlməsinə gətirib çıxardı. Çar hökumətinə, qulluq göstərməkdə canfəşanlıq edən qüvvələrin sırasında “Daşnaksutyun” partiyası xüsusi yer tuturdu. Erməni “türk zülmündən” qurtarmaq üçün rus çarına və ordusuna inamının möhrəm əsasları var idi. Çünki hələ Osmanlı imperiyasına müharibə elan edilməmişdən əvvəl II Nikolay ermənilərə ünvanlanmış xüsusi bəyanat yayıb, onlara türklərin “despotik əsarətinə” çar hökumətinə yardım etdikləri halda, onlara “azadlıq və ədalət” vəd etmişdi. Bu çar  tərəfindən görülməmiş “alicənab jest” idi, çünki bundan bir qədər əvvəl, 1909-cu ildə bütün Rusiya üzrə ardı-arası kəsilməyən və rus hökumət orqanlarının səbr kəsasını doldurmuş terror aktları törətmiş daşnak təşkilatları üzvlərinin kütləvi həbsləri keçirilmişdir. Həmin vaxtda bütün dünyada “Daşnaksutyun” partiyasının üzvlərinin sayı 165 minə çatırdı və yalnız Bakı təşkilatında 2 mindən artıq üzv var idi.