Azərbaycanlıların soyqırımları

azpressaz-soyqirim-qat-29 kicik

Qarabağ Azadlıq Təşkilatı “Azərbaycan xalqına qarşı ilk soyqırım” mövzusunda Dəyirmi Masa keçirib.

azpressaz-soyqirim-qat-29

Bu gün Qarabağ Azadlıq Təşkilatı XX əsrin ilk illərində Azərbaycan xalqına qarşı erməni terror təşkilatları və silahlı dəstələri tərəfindən həyata keçirilən soyqırımın 110 illiyi ilə əlaqədar “Azərbaycan xalqına qarşı ilk soyqırım” mövzusunda Dəyirmi Masa keçirib. QAT sədri Akif Nağı giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti və məqsədilə bağlı məlumat verib. Sonra QHT rəhbərləri Rauf Zeyni, Faiq İsmayılov, Mübariz  Əhmədoğlu, Rey Kərimoğlu, Qafar Çaxmaqlı, Vəli Əlibəyov, Mehdi Mehdiyev, Üzeyir Cəfərov, Kamil Şirinov, Radə Abbaş, Mehriban Abdullayeva, Fəridə Əsgərova, Şamil Mehdi, Nəsimi Qarabağlı, İradə Polad, İradə Rzazadə, Anar Əliyev, tədqiqatçı alimlər Elman Nəsirov, Firdovsiyə Əhmədova, Nazim Mustafa, Tofiq Həsənov və digərləri çıxış edərək məsələnin əhəmiyyəti və görüləcək işlərlə bağlı bildiriblər ki, ermənilərin saxta “erməni soyqırımı”ətrafında hay-küy salmalarının, saxta “soyqırımı”n “100 illiyi” ilə bağlı iddialarının heç bir əsası yoxdur. Erməni ideoloqlarının dediklərinin, beynəlxalq rəyə zorla yeritmək istədiklərinin hamısı yalandır.