HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Şahidlər danışır

892a26775fdd88d6de897e460c209d87

“Həmin gecə iki qardaşımı, atamı və anamı itirdim…”

1988-ci ildə Ermənistandan vəhşicəsinə qovulan Sevda Kərimovanın ailəsini ermənilər 4 il sonra Xocalıda da soyqırımına məruz qoydular

Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən yurd kimi yaddaşlara yazılan Xocalı o gecə qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağıdılan ana idi – fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən kimsəsiz kimi can verirdi…

“Qaradağlıdan Xocalıya” adlı tədbir keçirilib

qaradaglidan-xocaliya-adli-tedbir-1

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) resurslarından olan “1905.az” portalı və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Diskussiya klubu”nda “Qaradağlıdan Xocalıya” mövzusu müzakirə olunub.

48 gün əsirlikdə çəkilən dəhşətli işgəncə

0e987d4f20879cfa69ebd6438419c7d7

…1992-ci ilin fevral ayı. Çox sərt qış gəlmişdi. Mühasirənin ağırlığı həyatımızı daha da müşkülə salmışdı. Xocalıdakı 1 nömrəli təmir-tikinti idarəsində baş mühəndis işləyirdim. 5 uşağım var idi, 3 qız, 2 oğlan. O vaxt qızlarımın hamısı ailə qurmuşdu. Bir qızım Mingəçevirdə yaşayırdı. Digər qızımı körpə uşağıyla birgə hərbi vertalyotla yola salmışdıq. 19 yaşlı qızım Səadət isə cəmi 6 ay idi ailə qurmuşdu, Xocalıda yaşayırdı. Oğlanlarım isə balaca idilər. Onları vertolyotla Goranboya, qardaşımgilə göndərmişdim. Fevralın 25-dən 26-na keçən gecə isə ömrümüzə vurulan sağalmaz yaranın başlanğıc tarixi oldu. O gecə nələr yaşadıq, nələr… 

Tarixi saxtalaşdıran özbək “akademiki” Rustamjon Abdullayevə Azərbaycan alimlərinin etirazı

14851848051277436185_1000x669

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin əməkdaşları ötən il dekabrın 19-da Daşkənddə “Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) sərlövhəli məqaləsinə etirazılarını bildirirlər.

Cibuti parlamenti Xocalı soyqırımını tanıyıb

14852409586372120403_1000x669

Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qətnamə Milli Assambleyanın spikeri Məhəmməd Əli Huməd ilə görüşdə Azərbaycan səfiri Elman Abdullayevə rəsmən təqdim olunub. Cibuti parlamentinin sədri ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb.