Azərbaycanlıların soyqırımları

31 mart soyqırımı günü ərəfəsində jurnalistlər Bakıdan Şamaxıya aparılıb

logo (1)Modern.az saytı xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart soyqırımı günü ərəfəsində Şamaxıya press-tur təşkil edib.

Səfər çərçivəsində ilk olaraq AVCİYA rəhbərliyi və jurnalistlər Qobustan rayonunun Acıdərə kəndində Qafqaz İslam Ordusu zabitinin qəbrini ziyarət ediblər. Sonra isə jurnalistlər Şamaxı rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar və burada muzey əməkdaşları  tərəfindən KİV nümayəndələrinə Şamaxının tarixi, coğrafiyası və digər barədə məlumat verilib.

MİN DOQQUZ YÜZ BEŞİNCİ İL SOYQIRIMI

çarizmin fəal köməyi ilə erməni-daşnak silahlı birləşmələrinin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırımı. Birinci rus inqilabı (1905 -07) başlanan dövrdə çarizm ucqar əyalətlərdə öz mövqeyini qoruyub saxlamaq məqsədilə milli qırğınlar üçün tədbirlər planı hazırlamışdı. Azərbaycandakı qırğına qədər çarizm bu üsuldan Polşada, Baltikyanı ölkələrdə və digər milli ucqarlarda istifadə etmişdi. Lakin digər ucqarlardan fərqli olaraq, Azərbaycanda çarizmin bu mənfur siyasətindən öz maraqları üçün istifadə edən qatı millətçi “Daşnaksutyun” partiyası Bakıda, Şuşada, Naxçıvanda, Gəncədə, İrəvanda və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı kütləvi soyqırımları törətdilər.

31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxıya press-tur təşkil edilib

logoŞamaxı. Elvin Yaqubov-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxı rayonuna press-tur təşkil edib.

APA-nın məlumatına görə tarixçilər, arxeoloqlar, eləcə də televiziya, qəzet, informasiya agentliyi və xəbər portallarını təmsil edən 50 nəfərdən ibarət nümayəndə heyəti əvvəlcə Qobustan rayonunun Acıdərə kəndi ərazisindəki şəhid türk zabitinin məzarını ziyarət edib. Media işçiləri Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin zəngin eksponatları ilə tanış olublar. Sonra Şamaxının Şərədil, Saqiyan və Mirikənd kəndlərində 1918-ci il 31 mart- 3 aprel tarixlərində ermənilərin törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətləri dinlənilib, insanların xüsusi amansızlıqla qətlə yetirildiyi yerlərə baxış keçirilib.

Erməni vəhşiliyindən bəhs edən yeni sayt – 1905.az

bannerAzNews.az xəbər verir ki, bu gün AVCİYA-nın 31 mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə jurnalistlər üçün təşkil olunan press-turun çərcivəsində Şamaxının millət vəkli Elxan Süleymanovun qərargahında “1905.az” saytının təqdimatı keçirilib. E.Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb. Saytın işinə məsul, siyası elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev yeni elektron resursun fəaliyyət prinsipi ilə iştirakçıları tanış edib.

“1905.az” saytının təqdimatı keçirilib

logoBu gün Milli Məclisin deputatı Elxan Süleymanovun Şamaxıdakı qərargahında azərbaycanlıların soyqırıma məruz qaldığı tarixin 110 illiyi ərəfəsində “1905.az” saytının təqdimatı keçirilib.
Publika.Az-ın məlumatına görə, AVCİYA-nın prezidenti, E.Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb.

Erməni vəhşiliyindən bəhs edən yeni sayt yaradıldı

logo-gtAVCİYA-nın 31 mart  Azərbaycanlıların Soyqırımı günü münasibətilə jurnalistlər üçün təşkil olunmuş press-tur çərçivəsində Şamaxının millət vəkli Elxan Süleymanovun qərargahında “1905.az” saytının təqdimatı keçirilib. 
Teleqraf.com-un məlumatına görə, təqdimat mərasimində çıxış edən millət vəkili E.Süleymanov bildirib ki, tarix boyu ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər.