HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

ZƏNGƏZUR QIRĞINLARI

zengezur

Erməni-daşnak quldur dəstələrinin 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı törətdiyi soyqırımları.

Qondarma erməni soyqırımının saxta dəlilləri

…1920-ci ildə heç kimin tanımadığı sürgün olunmuş erməni Aldonyan ingilis və fransız dillərində özünün iddia etdiyinə görə, 1915-ci ilə və 1916-cı ilin əvvəllərində Aleppo prefektinə ermənilərin məhv edilməsi ilə bağlı guya Tələt paşanın göndərdiyi şifrə edilmiş teleqramların surətlərindən ibarət “sənədlər” yaydı.

Ağdaban faciəsindən 31 il ötür

Bu gün Ağdaban faciəsindən 31 il ötür. AZƏRTAC faciə ilə bağlı bəzi məqamlara nəzər salır.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.