HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

300 söz

DOSTLUQ MƏSƏLƏSİ

Çox tez-tez sosial şəbəkədə insanlarımız hansısa göstəricilərə uyğun gəlməyən (gəlmək istəməyən?) insanları öz dostluqlarından uzaqlaşdırdıqları (uzaqlaşdıracaqları?) barədə statuslar yazırlar. Bəziləri daha humanist davranaraq bu addımı atmağın məsuliyyətini dostluqlarında görmək istəmədikləri sosial şəbəkə istifadəçilərinin üzərinə qoyurlar.

“TIXACOLOGİYA”YA GİRİŞ

(birinci yazı)


Azərbaycan paytaxtını “inhisar”a almış tıxaclardan şikayətlənməyən Bakı sakinini tapmaq çox çətindir.


Hamı narazıdır.


Az qala hər gün Bakıda, ixtiyari A nöqtəsindən ixtiyari B nöqtəsinə avtomobillə, ya da avtobusla çatma müddəti ilə bağlı yeni anti-rekordlar vurulur. Prosesin günlərin bir günü şəhərin tamamilə dayanacağı ilə nəticələnəcəyini proqnozlaşdıranlar da var.

MEYXANA MEYDANI

(birinci yazı)


Keçmiş sovet adamlarına yaxşı tanış olan bir lətifə var. Bu lətifədə ABŞ prezidenti ilə Sov.İKP MK-nın birinci katibinin kiçik mübahisəsi yer alır. Mövzu nə olur? Əlbəttə, demokratiya! Demək ən yaxşı halda cəmi 8 il prezidentlik edə biləcək amerikalı deyir ki, onun ölkəsində demokratiya var. Və bunu sübut eləmək elə də çətin deyil. İstənilən adam Ağ evin qarşısına gəlib ABŞ prezidentini söyə bilər. Bu şəxsi də heç kim tutmaz…

“GÖYÇAY ENSİKLOPEDİYASI”NA DOĞRU ƏHƏMİYYYƏTLİ ADDIM

Demək olar hər gün yeni-yeni kitabların işıq üzü görməsi barədə məlumatlara rast gəlirik. Sevindirici haldır. Müəlliflərimiz də var, nəşriyyatlarımız da. Doğrudur, oxucularımızın sayı hələlik arzu olunan səviyyəyə gəlib çatmayıb. Bütün hallarda ümumi mənzərə yəqin ki, qənaətbəxş sayıla bilər.

OBYEKT

Indi dəbdə olan sözlərdən biri də “obyekt” sözüdür. Bu sözdən açıq-aşkar sezilən həvəslə çox adam istifadə edir. Və bu söz əslində olduqca faydalı, istifadə olunanda xeyli yersiz təfərrüatlara qənaət etmək imkanı yaradan sözdür.


EPİTETLƏRİN SÜQUTU

Epitetlər həmişə və deyəsən bütün dillərdə olub. Hətta elə vaxtlar olub ki, insanlar epitetlərdən istifadə ediblər, amma faydalandıqları sözlərin epitet olduğunu bilməyiblər…