HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Sütun

ÜÇÜNCÜ İL BAŞLAYIR

Fuad-Babayev-22014-cü ilin 28 martında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Şamaxıya təşkil etdiyi press tur çərçivəsində təşkilatın prezidenti, millət vəkili Elxan Süleymanovun rayondakı qərargahında 1905.az portalının təqdimatı oldu…

GEDİŞ HAQQI

Fuad Babayev 2

Dünyada orta statistik azərbaycanlının heç zaman başa düşməyəcəyi hadisələr baş verir. Bu hadisələrin sayı həddən artıq çoxdur. Mən yalnız bir hadisədən danışacağam.

2012-ci ildə Tallin  sakinləri arasında referendum keçirilib. Referenduma çıxarılmış sual sakinlərin 75 faizi tərəfindən müsbət cavablandırılıb. Sual şəhərdəki ictimai nəqliyyatdan istifadənin 2013-cü ilin əvvəlindən pulsuz edilməsi ilə bağlıymış.

MALİ MALI

Fuad Babayev 2Deyilənə görə çox yaxşı pal-paltar İtaliyada, əsl hörmətə layiq maşınlar da Almaniyada istehsal olunur. Əlbəttə, axtarsan Fransada da, İngiltərədə də və başqa-başqa adı ürəyəyatan ölkələrdə də kefiniz istəyən qədər kostyum da tikirlər, maşın da buraxırlar. Amma, “italyanski” ayaqqabı bam-başqadır. “Nemetski” avtomobillər də ki, dünya dördtəkərliləri arasında özünü çoxdan təsdiq eləmiş, indi dəbdə olan tərzdə desək, birinciliyi haqq eləyən maşınlardı.

Birmənalı şəkildə deyə bilərık ki, çağdaş dünyada kostyum tikilməsi və maşın istehsalı kimi nəcib işlərlə yanaşı başqa işlər də görülür. Və bu işlərin içində xoşagəlməz işlər çoxdur. Özü də bu xoşagəlməz işlərin görülməsi sahəsində ixtisaslaşan ölkələr də var. Və belə ölkələrdən biri də deyəsən Malidir.

MƏNSUR ODALAR

Fuad Babayev 2Çox mötəbər, A2 formatlı bir qəzetin bugünkü sayında, “Bölgələrdə” rubrikası altında dərc edilmiş 4 məqaləni həvəslə oxudum. Və hesab edirəm ki, Azərbaycan Respublikası vətəndaşı adı ilə öyünən hər kəs bu məqalələri oxumalı və əlbəttə ki, sevinməlidir.

Məqalələr Ağsuya, Ağdaşa, Şahbuza və Zərdaba həsr olunub.

Ağsuya həsr edilmiş məqalə “Ağsu necə də gözəlləşib!..” adı altında dərc edilib. Və düz 4 şəkli var.

“Ağdaş uğurlarını artırır” məqaləsində şəkil yoxdur.

Şahbuzdan bəhs edən “Bütün sahələrdə irəliləyiş var” məqaləsində 1, “Dövlət qayğısı Zərdabın simasını dəyişir” yazısında isə 2 foto var.

Ümumiyyətlə, böyük zövqlə tərtib edilmiş səhifədə şəkil sarıdan yalnız Ağdaş rayonuna qarşı haqsızlıq edilib. Mən əlbəttə ki, dəyərli həmkarlarımın acığına gələ biləcək hər hansı söz, ifadə, bitmiş fikri ifadə edən söz və ya söz birləşməsi  yazmağa qadir deyiləm. Amma, bütün hallarda gərək Ağdaşda çəkilmiş hər hansı  foto burada yer alaydı. Bu həm ədalətli olardı, həm də rayonun artan uğurlarını əyani şəkildə göstərə bilərdi.

Bütün oxuculara,daha doğrusu ölkəmizin artan uğurlarına sevinə bilən insanlara bu yazılar ruh yüksəkliyi bəxş edir. Sevinə bilməyən insanlarsa, onsuz da belə pozitiv ruhlu yazıları oxumurlar, oxuya bilmirlər, ya da,  elə ən pisi də budur, oxumaq istəmirlər. Biz həmin adamları tutub, ayaqlarını fələqqəyə salıb eynilə “Dəli Kür” filmində mollaxana şagirdinin cəzalandırıldığı kimi tənbeh edə bilmərik axı. Elə deyilmi? Oxumurlar, heç oxumasınlar.

Həmsədrlərin fəaliyyətindən niyə narazıyıq?

 

Elovset

Beynəlxalq münasibətlər sistemində mövcud münaqişələrin həll olunmaması və “uzunmüddətli münaqişələr”  statusu qazanması artıq adi hala çevrilib. Münaqişələrin uzun müddət davam etməsi və həlli istiqamətində ümidverici amillərin olmaması onun müəyyən güclərin maraqlarına xidmət etməsi ehtimallarını artırır. Bir tərəfdən dünyada sülhün, təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının sülh və müharibə şəraitində müdafiəsinin bəyan olunması, digər tərəfdən isə münaqişə ocaqlarının alovlandırılması-bu parodoksallığı cəmiyyət necə qəbul etməlidi? Axı, bu münaqişələrdə çoxsaylı insanların hüquqları pozulur, minlərlə insan silahlı münaqişələrin qurbanı olur. Görünən odur ki, imperiativ xarakterli beynəlxalq hüquq normalarının da məcburedici təsirləri rol oynamır.  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bunun əyani sübutudur. Artıq Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın “uzunmüddətli münaqişə”si statusunu alıb.

Borc yoxsa iqtisadi islahatların aparılmasına yardım?

Elcin_CeferovAzərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondundan (BVF) və Dünya Bankından (DB) 4 milyard ABŞ dolları həcmində təcili yardım paketini cəlb etmək istəyi ilə bağlı xəbər bu gün çox müzakirə olunur.