HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Sütun

Əvvəlcə digital-first, sonra da digital-only

Fuad-Babayev-2

Neftçilər prospektindəki böyük kitab mağazası yadınızdadır? Gərək ki, adı “Dalğa” idi. Qız qalasının lap yanında idi və kitab mağazasından daha çox muzeyə bənzəyirdi…  Metronun “Neftçilər” stansiyası yaxınlığında da kitab mağazası vardı. Çox böyük idi. Və həmişə də içərisində çoxlu müştəri olurdu.

Ezop dəhlizi

Fuad Babayev 2

Ezop lap qədim dövrlərdə yaşamış bir insandır. Təmsillər yazarmış.

Oda fiyatları

Fuad-Babayev-2

Ötən şənbə günü, axşam saatlarında Azərbaycanın zəngin tarixi keçmişə malik şəhərlərindən birinə varid oldum. Və üz tutdum bu şəhərin mərkəzində yerləşən çoxmərtəbəli mehmanxanaya.  İncəvara, əvvəlcədən nömrə sifariş etmişdim. Nömrəyə qalxmağımla Morfeyin səltənətinə yollanmağım bir oldu desəm mübaliğəyə yol vermiş olmaram…

Kim kimdir?

Fuad Babayev 2

Kimin kim olduğunu bilməkdən çətin nə var? Min illərdir ki, ən ağıllı adamlar bu sual üzərində baş sındırırlar. Amma hələ də ortada bir şey yoxdur və bu fani dünyada kimin kim olduğunu heç kim, ya da demək olar ki, heç kim bilmir. Və əlbəttə mən də bilmirəm. Bir çox müasirlərimdən fərqli olaraq özümü dərin zəka sahibi hesab etmədiyimdən mən belə çətin sualları cavablandırmağa çalışmıram da.

Müsabiqəyə sözardı

gunduz-300x2841

Mayın 21-22-də Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş V Bədii Qiraət Müsabiqəsinin final turu keçirildi. Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildən keçirilən bu müsabiqə artıq rayonun mədəni həyatında özünə möhkəm yer tutub. Şamaxıdakı təhsil müəssisələrinin şagird və tələbələri arasında keçirilən müsabiqəyə həmişəki kimi maraq böyük idi.

Ermənistan dövləti yox ola bilər

?

Bölgədə siyasi havanı öyrənən hidrometeoroloqlar qarşıdan gələn baharın Ermənistan üçün heç də mülayim keçməyəcəyini proqnozlaşdırırlar. Belə ki, “ərəb baharı” siklonunun Ermənistana tərəf hərəkət etdiyini bildirən mütəxəssislər yaxın zamanlarda bu ölkədə “Serj qasırğası”nın baş verə biləcəyini istisna etmirlər. Bununla əlaqədar Ermənistan xalqına siyasi havanın kəskin pisləşəcəyinə hazır olmaları tövsiyə edilir.