HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Sütun

“PLYONKA” SERİALI

Məmləkətin ən aktual problemlərindən biri avtomobillərin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlıdır. Bunu sükan arxasında olmuş, olan, olmayan, nə zamansa olacaq və heç bir zaman maşın sürməyəcək insanlarımızın müəyyən hissəsi təsdiqləməyə hazırdırMəhz bu səbəbdən “plyonka” məsələsi  mütəmadi olaraq müzakirə edilir və taleyüklü məsələ permanent təftiş obyektidir.

27 il və 8 ay bundan qabaq

26 oktyabr 2020-ci il.


Xocalı soyqırımından 27 il və 8 ay keçir.


4 aydan sonra bu müdhiş faciənin 28-ci ildönümünü qeyd edəcəyik.

SSRİ DÖVRÜNÜ XATIRLADAN AD HAQQINDA YAZI

“Bakı Metropoliteni”nin baş mühəndisi Əlixan Osmanov “Report” informasiya agentliyinə metronun iki stansiyasının adının dəyişdiriləcəyi ilə bağlı açıqlama verib və deyib ki, “adı SSRİ dövrünü xatırladan “Xalqlar dostluğu” stansiyası üçün isə bir neçə ad” təklif ediblər. Əlixan müəllim həmçinin vurğulayıb ki, “həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir.”  Sonra da əlavə edib ki, “çaşqınlıq yaratmamaq üçün”  hələlik bu küçələrin adlarını çəkmək istəmir. Amma, artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət  ediblər.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımının tarixi kökləri

DEYANET

XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü ilin 12 oktyabrında  Gülüstan və 1828-ci ilin 10 fevralında  Türkmənçay müqaviləsi imzalandıqdan sonra) qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə «erməni dövləti» qurmaq planını həyata keçirməyə başlamışdır.