HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

İrəvan və ətrafındakı torpaqlar ermənilərə hansı şərtlərlə verilmişdi?

hist_map_20_e

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaratmışlar.

Qraf Vorontsov-Daşkov: “Biz ermənilərə himayədarlıq etməklə həmişə bizə böyük xidmətlər göstərmiş olan sadiq müttəfiqlər əldə etmişik”.

qraf vorontsov daskov

İmperator Əlahəzrətləri. Bütün ermənilərin Katolikosu həm Türkiyə, həm də Rusiya təbəələrindən ibarət olan öz din mənsublarının xahişi ilə Türkyə ermənilərinin kürdlərin hücumlarından müdafiə olunması haqqında siz əlahəzrətə təbəəlik vəsatəti ilə şəxsən müraciət etməkdən ötrü Sankt-Peterburqa yola düşməyi nəzərdə tutur.