Təhlil

Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası – 1950-1989

1948-50-ci illərdə Stalinin sərəncamı ilə Ermənistandan 100 mindən artıq azərbaycanlı köçürüldü. 1968-ci ilədək Azərbaycan toponimlərinin əksəriyyəti erməni toponimləri ilə əvəzləndi. 1950-ci illərdə İrəvan Pedaqoji Universitetinin dörd əyani və qiyabi Azərbaycan fakültəsi bağlandı.

Erməni ideologiyası: Deportasiyadan soyqırımadək

Keçmişimizin ən ağrılı-acılı səhifələrindən olan soyqırımı, deportasiya və qaçqınlıq xalqımızın taleyində zaman-zaman dərin izlər buraxıb. Nə yaxşı ki, uzun illər susduqdan (obyektiv və subyektiv səbəblərdən) sonra bu acı həqiqətlərin öyrənilməsi və qloballaşdırılmasına şərait yarandı.