HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların deportasiyaları

1948-1953-cü illər deportasiyası


İstər çar Rusiyası dövründə, istərsə də Sovet hakimiyyəti illərində erməni siyasi dairələri tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək öz məkrli niyyətlərini həyata keçirmişlər.

Azərbaycanlıların kütləvi deportasiyası soyqırımı siyasətidir

XX əsr Azərbaycan tarixinin ağrılı-acılı səhifələrindən, faciələrlə dolu dövrlərindən biri soydaşlarımızın dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmasıdır. Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində on minlərlə azərbaycanlı “könüllülük” pərdəsi altında acı göz yaşları axıda-axıda, yüzlərlə, minlərlə qurban verə-verə doğma yurdlarından zorla çıxarılmış, fəryad çəkə-çəkə sürgünə məruz qalmışdır.

1948-1953-cü illər deportasiyasının bəzi məqamları

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası son 200 ildə soydaşlarımızın başlarına gətirilən faciələr silsiləsinin bir həlqəsidir.