Azərbaycanlıların deportasiyaları

Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası – 1950-1989

deportasiya.min

1948-50-ci illərdə Stalinin sərəncamı ilə Ermənistandan 100 mindən artıq azərbaycanlı köçürüldü. 1968-ci ilədək Azərbaycan toponimlərinin əksəriyyəti erməni toponimləri ilə əvəzləndi. 1950-ci illərdə İrəvan Pedaqoji Universitetinin dörd əyani və qiyabi Azərbaycan fakültəsi bağlandı.

Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiyaları

98-ILQAR-CEFEROV-1

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı – 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub.

Deportasiyanı daha tez başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo… rayonlarının rəhbərləri daha çox canfəşanlıq edirdilər

Ermənistandan köçkün düşənlər, Zəngilan. 1989-cu il. 3

…Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlıları oradan çıxarmaq Qarabağ məsələsini həll etmək qədər vacib idi. 1988-ci ildə isə respublika rəhbərliyi azərbaycanlıların təhlükəsizliyinin qorunmasına təminat verməməklə, onlar arasında vahimə və qorxu yaradaraq Ermənistandan deportasiya edilməsinə başlayır.

Rusiya sovetləşmə müqabilində Zəngəzur, Göyçə, Dərələyəz və s. mahalları Ermənistana vermişdir

deportasiya

…Ermənilər I dünya müharibəsi dövründə fəallaşdılar. Daşnaksütyun partiyası tərəfindən hələ 1912-ci ildə yaradılmış “Erməni milli bürosu” müharibə dövründə ermənilərin Rusiya tərəfindən müharibədə aktiv iştirak etməsi üçün geniş kompaniya başlatdı. “Milli büro”nun tərkbinə Tiflis erməni burjuaziyasının rəhbəri yepiskop Mesrop, Daşnak partiyasının aktiv üzvü Al. Xatnsov, 1918-1920-ci illər daşnak hökümətinin başçısı Zavriyev, Samson Arutyunov, Dro və avanturist Adnronik daxil idi. Lalayev yazır: “Milli büro ilk növbədə bütün ermənilərin katolikosu V Gevork vasitəsilə çar Nikolaya müraciət edərək bildirirlər ki, ermənilər “onun sadiq oğullarıdır, çardan xahiş edirlər ki, Türkiyə ərazisində yaşayan “qardaşlarımızın əzabına” son qoysun”.