Sənədlər

Xocalı soyqırımının iyirminci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.

KÜRƏKÇAY MÜQAVİLƏSİ

Son illərdə erməni millətçilərinin uydurma “Qarabağ ermənilərinin öz müqəddaratını təyin etməsi” problemini irəli sürmələri, onların öz dədə-baba yurdları – Qarabağda yaşayan dinc azərbaycanlı əhaliyə qarşı silahlı təcavüzə keçmələri ilə əlaqədar, erməni geosiyasətçilərinin və onların muzdlu vəkillərinin Qarabağın əzəli erməni torpaqları olması haqqında səhv fikiri geniş yayılmışdır. Lakin təkzibolunmaz tarixi faktlar bunun tam əksini sübut edir. 

GÜLÜSTAN MÜQAVİLƏSİ

Qadir Allah Naminə

İMPERATOR ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın Ən Şöhrətli və ƏZƏMƏTLİ BÖYÜK HÖKMDARI və İMPERATORU və İran Dövlətinin Sahibi, hökmdarı ƏLAHƏZRƏTLƏRİ Padşahın ÖZ təbəələrinə yüksək hökmdar məhəbbətinə görə

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi (12 noyabr 1993-cü il)

Təhlükəsizlik Şurası,

30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək,

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək,