HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

300 söz

Monopoliya “oyun”u

Fuad-Babayev-2Qeyri-rəsmi, sorğu-suala tutulacağı təqdirdə dediklərindən dərhal imtina edəcək mənbədən aldığım məlumata görə Rusiyanın böyük şəhərlərinin birində yekə bir bazar var imiş. Həmin şəhərin və bazarın Rusiyanın böyük şəhərləri və yepyekə bazarları arasında xüsusi yeri var imiş. Və ola bilsin ki, hələ də var.

Filipp Kirkorov

Fuad Babayev 2

Bu əhvalatı mənə bir dostum danışıb. Özü də bir neçə il bundan qabaq. Olduqca ibrətamiz əhvalatdır. Odur ki, istəyirəm sizə də danışım bu əhvalatı və siz də biləsiniz ki, təkcə ölkəmizdə  deyil, respublikamızın hüdudlarından uzaqlarda da qeyri-standart düşüncəli istənilən sayda soydaşımız var.

Şeyx Nəsrullah-2013

Fuad-Babayev-2

Bu gün səhər tezdən inamlı addımlarla işə yollanmağa hazırlaşırdım ki, bizim “blok”un, yəni alaqapımızın girəcəyində divara vurulmuş elan diqqətimi çəkdi.  Oxudum. Və istəyirəm siz də biləsiniz ki, mən həmin elanda nə oxumuşam.

Sonsuz maşın “şou”muz

Fuad-Babayev-2

80-ci illərin ortalarında Bakı məktəblərində oxuyan oğlan uşaqlarından biri o birisinə nəyə görəsə salam verməyəndə, kinayəli  “Nooolub alə, aton “QAZ-24” alıb?” sualı ilə qarşılaşa bilərdi.

Status məsələsi

Fuad-Babayev-2Bir yaz günü Koroğlu (özü də qocalmış, dəliləri başından dağılmış Koroğlu) Nigarı yanına salıb harasa gedirmiş. Misri qılınc da belində. Yolun qırağında bir kişinin bir cüt öküzü otardığını görür. Bir də baxır ki, kişinin çiynində “yarı taxta, yarı dəmir bir şey” var. Kişidən bunun nə olduğunu soruşur. Kişi bu əşyanın tüfəng olduğunu deyir. Koroğlu bilmir ki, tüfəng nədir. Kişi də izah edir, üstəlik, Koroğlunun çoxsaylı xahişlərini nəzərə alıb tüfəngin imkanlarını nümayiş etdirir. Yəni, öküzlərindən birini vurub öldürür. Əlbəttə ki, qan bahasını əvvəlcədən aldıqdan sonra. Koroğlu öküzün doğrudan da öldüyünü görəndən sonra sazı bağrına basıb həmişəki kimi orijinallığı ilə seçilən fikirlərini səsləndirir. Bu fikirlərin içində “Tüfəng çıxdı, mərdlik getdi hay, haray!” fikri də olur.

2500 metrlik körpünün imici

Fuad-Babayev-2

Körpülərin də imici olur. Buna şübhəniz olmasın. Və əgər körpülərin imici varsa, onu hökmən formalaşdıranlar da var. Körpü özü dilsiz-ağızsız mühəndis qurğusu olduğundan, əlbəttə ki, bu prosesdə bilavasitə iştirak etmək imkanlarından məhrumdur…