Netty2014 Nominants

Fuad Babayev

Fuad-Babayev-2-feature

2 000 000 $

Fuad-Babayev-2Aleksey Valentinoviç Ulyukayev saxlanılıb.

Rusiya iqtisadi inkişaf nazirini Rusiya istintaq Komitəsinin əməkdaşları saxlayıblar.

Cinayət işi qaldırılıb.

Ulyukayev 2 000 000 dollar müqabilində öz nazirliyinin müsbət rəyini veribmiş. Istintaq hesab edir ki, bu rəy “Rosneft” neft şirkətinin “Başneft”in aksiyalarının dövlət paketini almasına imkan yaradıb.

60 yaşlı Ulyukayev 2013-cü ilin iyunundan etibarən nazir postunda çalışır.

Fuad-Babayev-2-feature

ÜÇÜNCÜ

Fuad-Babayev-2Nağıllarımızın çoxunun sonunda göydən üç alma düşür…

Atalarımız bir çox məsələlərdə üçdən deyiblər…

Bunlar çoxdan olub.

İndi isə lap təzə xəbərə diqqət yetirək. Dünən məlum oldu ki, uzaq Kanada bu ölkənin vətəndaşı olmaq istəyən adamlara immiqrasiya sənədlərində üçüncü cinsi göstərməyə icazə verib. Bundan sonra eTA adlı elektron sistem Kanadaya gəlmək istəyən və sənədlərində üçüncü cinsin nümayəndəsi olduqları yazılan adamları da qeydiyyata alacaq.

Çox maraqlı məsələdir. Və böyük prosesin növbəti mərhələsindən başqa bir şey deyil.

Hələ bir neçə ay bundan əvvəl ABŞ-da rəsmi olaraq üçüncü cinsin mövcudluğu qəbul edilib. Bu qərarı Oreqon ştatının məhkəməsi verib…

Fuad-Babayev-2-feature

SEÇKİ № 58

Fuad-Babayev-2Sabah Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti seçiləcək.

Bu ölkənin prezidentliyinə iddialı şəxsin ən azı 35 yaşı olmalıdır. Və ABŞ vətəndaşı olan bu şəxs ömrünün ən azı 14 ilini adıçəkilən ölkənin ərazisində keçirməldir.

40-cı prezident Ronald Reyqan 69 yaşında seçilib. O bu kürsü uğrunda mübarizədə qələbə qazana bilmiş ən yaşlı namizəd olub.

Demokrat və keçmiş dövlət katibi  Hillari Klintonun da 69 yaşı var. O prezident seçilsə, Virciniya ştatının senatoru, 58 yaşlı Timoti Maykl Keyn vitse-prezident olacaq.

Fuad-Babayev-2-feature

RUSİYALI STİVENİN MƏSLƏHƏTİ

Fuad-Babayev-2Vladimir Mayakovski sovet pasportu haqqında məşhur şeirini 1929-cu ilin iyulunda yazdı.

Və təqribən 9 ay sonra, 1930-cu ilin 14 aprelində intihar etdi.

Daha 61 il keçdi və 1991-ci ilin 8 dekabrında Sovet İttifaqı tarixin ucu-bucağı görünməyən arxivinə göndərildi.

Xeyli sonra bu hadisə SSRİ-nin hüquqi varisi olan Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən əsrin ən böyük geosiyasi fəlakəti kimi dəyərləndirilib. 

Fuad-Babayev-2-feature

MÜQAYİSƏLİ GERONTOLOGIYA

Fuad-Babayev-2Bu günlərdə 81 yaşlı general Mişel Aun Livanın prezidenti seçildi. Generalın adaşı Süleyman soyadlı keçmiş dövlət başçısının mandatı 2 il yarım bundan əvvəl başa çatsa da, Livan qanunvericiləri  müsəlmanları və xristianları qane edə biləcək siyasi fiqur seçimini yalnız indi həyata keçirə bildilər.

Fuad-Babayev-2-feature

HAMMURAPİ SAĞ OLSAYDI…

Fuad-Babayev-2XX əsrin ilk illərində fransız arxeoloqları qədim Elam dövlətinin paytaxtı Suz şəhərində bazalt sütun aşkar etdilər. Sütunun üstündəki yazılar vardı. Yazılara keçməzdən əvvəl istəyirəm hafizəmizi təzələyim və qeyd edim ki, qədim Suz şəhərinin izləri  müasir İranın cənub-qərbində qalıb.  Zaqros dağlarının ətəklərində, Tiqr çayından 250 km. şərqdə.