HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

300 söz

MÜQAYİSƏLİ GERONTOLOGIYA

Fuad-Babayev-2Bu günlərdə 81 yaşlı general Mişel Aun Livanın prezidenti seçildi. Generalın adaşı Süleyman soyadlı keçmiş dövlət başçısının mandatı 2 il yarım bundan əvvəl başa çatsa da, Livan qanunvericiləri  müsəlmanları və xristianları qane edə biləcək siyasi fiqur seçimini yalnız indi həyata keçirə bildilər.

HAMMURAPİ SAĞ OLSAYDI…

Fuad-Babayev-2XX əsrin ilk illərində fransız arxeoloqları qədim Elam dövlətinin paytaxtı Suz şəhərində bazalt sütun aşkar etdilər. Sütunun üstündəki yazılar vardı. Yazılara keçməzdən əvvəl istəyirəm hafizəmizi təzələyim və qeyd edim ki, qədim Suz şəhərinin izləri  müasir İranın cənub-qərbində qalıb.  Zaqros dağlarının ətəklərində, Tiqr çayından 250 km. şərqdə.

“YALANÇI ELM” VƏ QƏRBİ AVROPA

Fuad-Babayev-22015-ci ilin sentyabr ayının 1-dən Özbəkistanda  politologiyanın tədrisini … dayandırdılar. Hökümətin qərarı ilə politologiya “yalançı elm” adlandırıldı. Hər halda bu ölkənin Vahabov soyadlı təhsil nazirinin əmrində belə yazılmışdı.

 Sİ SZİNPİNİN KİTAB RƏFİ

Fuad-Babayev-2Bu yaxınlarda Çinin “Jenmin Jibao” qəzeti Si Szinpinin kitab rəfində olan nəşrlər haqqında yazıb. Aldığım məlumata görə çox böyük ölkənin ən əsas qəzetinin lap birinci səhifəsindəki yazıda sözügedən kitab rəfinin şəkli də var, üstəlik material dövlət başçısının şərhləri ilə “təchiz” edilib.

KİBERMÜHARİBƏNİN DUYULMASI?!

Fuad-Babayev-22016-cı ilin əvvəllərində Ukraynanın Təhlükəsizlik Xidməti Qərbi Ukraynada 80 000 abonentin 23 dekabr 2015-ci ildə işıqsız qalmasına görə Rusiyanı ittiham etdi. Amerikanın kiberkəşfiyyatla məşğul olan “ISight Partners” şirkəti bildirmişdi ki, bu olayın arxasında “Senduorm” adlı Rusiya xaker qrupunun dayandığına əmindir. Kompaniyanın şpionajın təhlili şöbəsinin müdiri Con Xultkuis Reuters agentliyinə demişdi: “Biz hesab edirik ki, məsuliyyəti “Senduorm” daşıyır.”

CƏNAB FRİDMANIN … “EKVATOR”U

Fuad-Babayev-2Məşhur “Stratfor”un qurucusu və icraçı direktoru Corc Fridmanın “Növbəti 10 il” kitabı 2011-ci ildə, 11 sentyabr faciəsindən 10 il sonra işıq üzü görüb. Adından da göründüyü kimi 2011-ci ildən 2021-ci ilə kimi dünyada baş verəcək hadisələrdən  bəhs edir bu kitab. Özü də bu proqnozlar toplusu deyil, qlobal və regional təmayüllərin təhlilidir. İlk növbədə və əsasən Amerikadan bəhs edən təhildən söhbət gedir. Və cənab Trampın məğlub olmaq üçün əlindən gələn hər şeyi etdiyi 2016-cı il cənab Fridmanın araşdırdığı onilliyin “ekvator”udur.