Ermənilərin Qafqaz səfəri və ya məcburi qonaqlıqdan məcburi qonşuluğa

150

Bu gün Erməni siyasətçiləri və onların havadarları ermənilərin tarixən dənizdən-dənizə imperiya qurmuş olduqlarını, eləcə də Qafqazın qədim yerli sakinləri olduqlarını söyləməkdədirlər. Lakin dünya tarixçilərinin arxiv materiallarına əsaslanan tədqiqatları bu fikri təkzib etməkdədir. Maraqlıdır ki, onların arasında erməni əsilli tədqiqatçılar da vardır. Budəfəki tədqiqatın məqsədi erməni, rus və qərb tədqiqatçıların arxiv materiallarına əsaslanan əsərlərində yer alan bəzi statistik göstəriciləri oxuculara təqdim etməkdir.

Samuel Vims: “Ruslar öz geopolitik maraqları naminə Qafqazda demoqrafik dəyişikliklər etmişdilər”

samuel weems

… Rusiya Qafqazı 1826-cı ildə özünə birləşdirməyə başlayıb. O dövrün rus sənədlərinə görə Qarabağda 90 min nəfər yaşayırdı. Orada bir böyük şəhər, 600 kənd vardı və onlardan yalnız 150-də ermənilər məskunlaşmışdılar.  On doqquzuncu əsrin sonlarında isə yerli sakinlərin oradan zorla köçürülməsindən sonra ermənilər həmin ərazinin əsas sakinləri oldular. 

Bakıda “Ermənilər Cənubi Qafqazda” kitabının təqdimatı olub

kitab1

Bu gün 1905.az saytının təşkilatçılığı ilə Heydər Əliyev İrsinin Araşdırılması Mərkəzində “Ermənilər Cənubi Qafqazda” adlı kitabın təqdimatı olub.

APA-nın məlumatına görə, kitabın müəllifi Aqil Şahmuradov bildirib ki, beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün kitab 3 dilə tərcümə olunub.