HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Əlindən qan daman tarix

1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanan Türkmənçay sülh müqaviləsinin bəndlərindən biri də İranın müxtəlif ərazilərində məskunlaşan ermənilərin Quzey Azərbaycana köçürülməsini nəzərdə tuturdu.

Azərbaycan tarixçiləri ermənilərin ərazilərimizə köçürülməsi haqqında

tarixçilər

Tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli: “…İlk yerləşmələr məhz Osmanlı-Səfəvi müharibələri zamanı baş verdi. Amma geniş surətdə ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqaviləsi ilə bağlıdır. Türkmənçay müqaviləsinin 15-ci, Ədirnə müqaviləsinin isə 12-ci maddəsinə uyğun olaraq ermənilər kütləvi şəkildə işğal edilmiş Azərbaycan torpaqlarına köçürüldü.

Ermənilərin dövlət qurma arzuları ilə eyni vaxtda çar Rusiyası bölgədə öz maraqları ilə ön plana çıxmışdı

Rəssam Frans Rubo 1722-ci il
Rəssam Frans Rubo 1722-ci il

…Ermənilərin Cənubi Qafqazda dövlət qurma istəkləri ilk dəfə XVI əsrin sonu XVII əsrin əvvəllərində baş qaldırmışdır. Eçmiədzin erməni kilsəsinin bu bölgədə olması ermənilərin İrəvan xanlığı və ona yaxın ərazilərə xüsusi əhəmiyyət vərməsinə səbəb olmuş, onlar bu bölgəni müqəddəs bir yer olaraq qəbul etmiş və bütün diqqətlərini buraya yönəltmişlər.