HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənilərin Qarabağa köçürülməsi

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.

1827-1829-cu illər: böyük köçürülmələrin başlanğıcı

1827-ci ildə Rusiya iki böyük müsəlman imperiyasının — Osmanlı imperiyasının və İranın işğalı ilə ciddi məşğul olmağa başladı. İki qısa müharibədə Rusiya əvvəlcə İran, sonra isə türklər üzərində qələbə çaldı.

1826

Moisey Xorenasidən başlayan erməni saxtakarlığı

erm--ni-saxtakarl------

Ermənilərin etnogenezi, milli identikliyi, linqvistik xüsusiyyətləri, tarixi və s. haqqında müxtəlif vaxtlarda və bir-birinə zidd olan fikirlər irəli sürülmüşdür. Bəzi müəlliflər ermənilərin tarixi başlanğıcını bəşər sivilizasiyasının ilk çağlarına aparır və onların mənşəyinin bilavasitə Anadolu yaylası və Qafqaz ilə bağlayır, bu ərazilərin avtoxton əhalisinin məhz ermənilər olduğunu iddia edirlər və bu zaman daha çox etibarlı tarixi mənbələrə deyil, həqiqiliyi kifayət qədər şübhə doğuran mifik-dini xarakterli məlumatlara əsaslanırlar.

Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur

Rusiya imperiyasının XIX yüzilin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi.

Ermənilərin İrandan köçürülüb gətirilməsi


1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi.

Azərbaycana qarşı mədəni soyqırım: işğal və terror kontekstində

XIX əs­rin əv­vəl­lə­rin­də er­mə­ni­lə­rin Cə­nu­bi Qaf­qa­za, Azər­bay­ca­na küt­lə­vi kö­çü­rül­mə­si Ru­si­ya­nın Ru­si­ya-İran mü­ha­ri­bə­lə­rin­də qə­lə­bə­si nə­ti­cə­sin­də müm­kün ol­du. Əl­bət­tə, er­mə­ni­lə­ri Qaf­qaz­da yer­ləş­dir­mək, on­la­rı öz hi­ma­yəsi atına almaq si­ya­sə­ti I Pyotr tə­rə­fin­dən baş­la­mış­dı və son­ra­lar di­gər Ru­si­ya çar­la­rı da bu­nu da­vam et­dir­miş­di­lər.