HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycana köçürülməsi

1321473055_1828turkmenchay

XVIII əsrin sonlarındakı Böyük Fransa inqilabı (1789-1794-cü illər) ilə dünya tarixində böyük dəyişikliklər başladı. Qısa bir müddət sonra Napoleon müharibələri Avropanı bürüdü. Beynəlxalq münasibətlər kəskinləşdi. Dövlətlərarası ziddiyyətlər Şərqdə də özünü göstərdi.

Ermənilər Rusiyanın köməyilə Azərbaycan və Türkiyə torpaqları hesabına öz dövlətlərini yaratmaq istəyirdilər

Rus Türk müharibəsi

XVIII əsrin əvvəllərində dünyanın güclü dövlətlərindən birinə çevrilən Rusiyanın xarici siyasətində Cənubi Qafqaz, xüsusilə onun ən zəngin hissəsi olan Azərbaycan mühüm yer tutmağa başlamışdı. Rusiya bu bölgəyə sahib olmaqla özünün təcavüzkar xarici siyasəti qarşısında duran bir neçə vacib məsələni həll etməyi planlaşdırırdı. Əvvəla, ucuz xammalla zəngin olan Azərbaycanın ələ keçirilməsi Rusiyanın toxuculuq sənayesinin inkişafı üçün əlverişli şərait yaradırdı. İkincisi, bu bölgəni ələ keçirməklə Rusiya Qərbi Avropanı Hindistanla birləşdirən tranzit ticarət yollarına sahib olardı. Üçüncüsü, Cənubi Qafqazı ələ keçirməklə Rusiya öz işğallarını cənub istiqamətində daha da genişləndirmək, öz nüfuzunu Orta və Yaxın Şərq ölkələrində yaymaq və möhkəmləndirmək imkanı qazana bilərdi.

Ermənilərin Qarabağa köçmələrinin gələcək fəsadlarını heç kim təsəvvür edə bilməzdi

Fotoqraf Yuliya Vişnevetskaya

 

1978-ci ildə DQMV-nin Mardakert rayonunun Marağa və ya Maraqaşen kəndində ilk 200 erməni ailəsinin Marağa şəhərindən (Cənubi Azərbaycan) Qarabağ torpaqlarına köçməsinin 150 illiyi şərəfinə obelisk ucaldıldı. Bu köçürülmə 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanmasından dərhal sonra başlanmışdı.

Gürcüstan ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsi

Foto: travelgeorgia.ru
Foto: travelgeorgia.ru

 

…XIX əsrin əvvəllərində Çar Rusiyasının xarici siyasəti qarşısında duran ən mühüm məsələlərdən biri Qafqazın ilhaqı ilə bağlı idi. Xüsusilə Qara dəniz hövzəsində möhkəmlənmək üçün Çar Rusiyası ilk növbədə Kartli-Kaxetiya çarlığına son qoymaq niyyətində idi. Bununla bağlı müxtəlif planlar işlənib hazırlandı. Nəhayət, 1783-cü il iyunun 24-də Georgiyevski traktatı ilə (Şimali Qafqaz) Kartli-Kaxetiya çarlığı Rusiya dövlətinin “himayəsini” qəbul etdi.   İşğalı davam etdirən rus hökuməti 1801-ci ildə Şərqi Gürcüstanı da ilhaq etdi. Buraya general Lazarevin başçılığı altında ilk erməni ailələri köçürülməyə başlandı.