HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

Qarabağın xristianlıq tarixi

Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan — Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur.

 

A.Vartapetov: “Erməni kilsəsi həmişə yadelli işğalçıların köməyinə əl atır”

Milliyyətcə erməni olan A.E. Xan-Aqov yazır: “Cavanşir qəzasının əhalisi başlıca olaraq tatarlardır (türklərdir), ermənilər bu rayona başqa yerlərdən gəlmişlər, İrandan gəlmə ermənilər, yerli Qarabağ ermənilərindən (xristian albanlardan) dilləri, hətta geyimləri ilə də fərqlənirlər. İran erməniləri yerli ermənilərin (albanların) dilini başa düşmürlər. Lakin, gəlmələr tezliklə yerlilərin dilini unutdurdular”. (Xan-Aqov A.E. – “Экономический быт государственных крестъян Джеванщирского уезда Елисаветполъcкого губернии. МИЭБГКЗК. Т.6, Тифлис, 1887г)

Cənubi Qafqazda etnik tərkibin süni surətdə dəyişdirilməsi

Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi.