Təhlil

Qarabağda və müasir Ermənistan ərazisindəki kilsələrin üslubu alban məbədlərinin memarlıq üslubudur

cathedral-gandzasar
Gəncəsər monastırı.

XV əsrdə erməni kilsəsi Kilikiyadan Eçmiədzinə köçdü. XIX əsrdə çar Rusiyası Qafqazda xristian dövlətləri anklavı yaratmaq niyyətində idi. O vaxt Gürcü çarlığı hələ mövcud idi. Çar hökuməti Azərbaycan sərhədləri hüdudunda Alban dövlətini yaratmağı nəzərdə tutmuşdu. Üçüncü xristian dövləti isə Zaqafqaziyada heç vaxt öz dövləti olmayan Ermənistan olmalı idi.

Ermənilər Dağlıq Qarabağa muxtariyyatı necə verdiriblər?

ermenilerin gelisi

…XIX əsrin əvvəllərində rusların Qafqaza gəlməsi, Rusiya-İran müharibələri nəticəsində Azərbaycan torpaqlarının parçalanmasında “xüsusi rolu olan” ermənilərin Arazın o tayından İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə köçürülməsi ilə yanaşı həm də Qarabağın Dağlıq hissəsinin səfalı yaylalarına köçürülməsi, ermənilərin, erməni məliklərinin Rusiya imperiyasına “sədaqətlə xidmətlərinə təşəkkürün” bariz nümunəsi idi.

Ermənilərin Qarabağa köçürülməsi

Ermənilərin Qarabağa köçürülməsi

“Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “dənizdən-dənizə Ermənistan” dövləti qurmaqdır.

I ALEKSANDRIN DÖVRÜNDƏ ERMƏNİ KİLSƏSİNİN FƏALİYYƏTİ

ermeni kilsesi

1808-ci ildə çar I Aleksandr (1801-1825)  ruslara  kömək məqsədi ilə apardığı cəsusluq fəaliyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli  Müqqədəs  Anna ordeni ilə təltif etdi. Ruslar qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də erməni  kilsəsi  daim onlara kömək edir və ardıcıl olaraq rusların onlan «müsəlman zülmündən» xilas etməyə səsləyirdi.

Moisey Xorenasidən başlayan erməni saxtakarlığı

erm--ni-saxtakarl------

Ermənilərin etnogenezi, milli identikliyi, linqvistik xüsusiyyətləri, tarixi və s. haqqında müxtəlif vaxtlarda və bir-birinə zidd olan fikirlər irəli sürülmüşdür. Bəzi müəlliflər ermənilərin tarixi başlanğıcını bəşər sivilizasiyasının ilk çağlarına aparır və onların mənşəyinin bilavasitə Anadolu yaylası və Qafqaz ilə bağlayır, bu ərazilərin avtoxton əhalisinin məhz ermənilər olduğunu iddia edirlər və bu zaman daha çox etibarlı tarixi mənbələrə deyil, həqiqiliyi kifayət qədər şübhə doğuran mifik-dini xarakterli məlumatlara əsaslanırlar.