Netty2014 Nominants

Ermənilərin ‘gəliş’i

gallery_file_489

Gürcüstan ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsi

Foto: travelgeorgia.ru
Foto: travelgeorgia.ru

…XIX əsrin əvvəllərində Çar Rusiyasının xarici siyasəti qarşısında duran ən mühüm məsələlərdən biri Qafqazın ilhaqı ilə bağlı idi. Xüsusilə Qara dəniz hövzəsində möhkəmlənmək üçün Çar Rusiyası ilk növbədə Kartli-Kaxetiya çarlığına son qoymaq niyyətində idi. Bununla bağlı müxtəlif planlar işlənib hazırlandı. Nəhayət, 1783-cü il iyunun 24-də Georgiyevski traktatı ilə (Şimali Qafqaz) Kartli-Kaxetiya çarlığı Rusiya dövlətinin “himayəsini” qəbul etdi.   İşğalı davam etdirən rus hökuməti 1801-ci ildə Şərqi Gürcüstanı da ilhaq etdi. Buraya general Lazarevin başçılığı altında ilk erməni ailələri köçürülməyə başlandı.

-------

Qədim Naxçıvana ermənilərin parodiya-iddiası

Армянская пародия-претензия на древнюю Нахичевань

1779-cu ildə erməni arxiyepiskopu İosif Donda erməni muxtariyyəti təşkil etmək qərarına gəldi. Bu məqsədlə o, həmin əraziyə Türkiyədən və Krımdan köçürülmüş on minlərlə erməni gətirdi və hətta gələcək muxtariyyətin paytaxtını – Don üzərindəki Naxçıvan adlı şəhər saldı.

download

XX əsrin 20-ci illərinin birinci yarısında ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşdirilməsi məsələsi

download
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi tarixən ermənilərin ərazi iddialarının mərkəzi olubdur. Erməni müəllifləri Dağlıq Qarabağı mifik Böyük Ermənistan dövlətinin tərkib hissəsi kimi qələmə verməyə çalışırlar. Onlar bunu onunla əsaslandırırlar ki, güya Dağlıq Qarabağın əhalisinin əksəriyyətini ermənilər təşkil edirlər. Lakin bildiyimiz kimi hələ XIX əsrin birinci yarısında Rusiya –İran və Rusiya-Osmanlı müharibələri nəticəsində İrandan və Osmanlı dövlətindən 200 minə qədər erməni Rusiya imperiyasının ərazisinə köçürülmüş və onların əsas hissəsi keçmiş Azərbaycan xanlıqları olan İrəvan, Naxçıvan və Qarabağda yerləşdirilmişdir. Bu vaxtdan başlayaraq ermənilər Azərbaycan torpaqlarına kütləvi şəkildə köçür, burada kök salır, artır və bu ərazilərin adlarını dəyişdirərək özələşdirirdilər. Bu proses mərhələlərlə silahlı və dinc təcavüz yolu ilə gedirdi.

Mkrtum_Hovnatanian._Hayk_Nahapet kicik

Haykanlar (erməni) qafqazda və panermənilik

Mkrtum_Hovnatanian._Hayk_Nahapet

Azərbaycan və erməni xalqlarının arasındakı münasibətlərdə tarixi məsələlər mühüm yer tutur. Erməni millətçi alimləri ermənilərin daha çox qədimliliyi konsepsiyasını əsaslandırmaqla öz iddialarına haqq qazandırmağa çalışırlar. Ümumiyyətlə, erməni xalqının mənşəyi və Qafqaz tarixində rolu məsələsi xüsusi əhəmiyyət kəsb edir: Ermənilər kimdir və Qafqazda nə vaxtdan yaşamağa başlamışlar?

cathedral-gandzasar kicik

Qarabağda və müasir Ermənistan ərazisindəki kilsələrin üslubu alban məbədlərinin memarlıq üslubudur

cathedral-gandzasar
Gəncəsər monastırı.

XV əsrdə erməni kilsəsi Kilikiyadan Eçmiədzinə köçdü. XIX əsrdə çar Rusiyası Qafqazda xristian dövlətləri anklavı yaratmaq niyyətində idi. O vaxt Gürcü çarlığı hələ mövcud idi. Çar hökuməti Azərbaycan sərhədləri hüdudunda Alban dövlətini yaratmağı nəzərdə tutmuşdu. Üçüncü xristian dövləti isə Zaqafqaziyada heç vaxt öz dövləti olmayan Ermənistan olmalı idi.