Irs

Qarabağ muğam məktəbi

Xalqımızın köklü mədəni dəyərlərinin ayrılmaz hissəsi olaraq qəbul edilən Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilmişdir.

Zəngilan rayonunun əsir abidələri

1445002750_1383053542_hhhhh

XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni inzibati ərazi bölgüsü aparılmışdır. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.

 

Dörd min illik bir tarix Füzulidə məhv edilib

Azıx mağarası da erməni vandallarının qurbanı olub

Tarixin elə səhifələri var ki, onlar yazıya alınmasalar da, maddi mədəniyyət abidələrində öz əksini tapır. Belə müqəddəs abidələr məskəni olan Azərbaycanın da tarixinin oxunulmamış səhifələri, yaxud daşlaşmış mədəni məbədləri az deyil.

Qəbələnin görkəmli tədqiqatçıları

Dünyaya göz açdığın kəndin, rayonun, şəhərin, təmsil etdiyin xalqın tarixini bilmək təhsilindən, peşəsindən, vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq hər kəsin bir vətəndaşlıq borcudur. Yəni, insan olan kəs heç bir halda Vətəninin və xalqının tarixinə biganə ola bilməz. Əlbəttə, ümumdünya tarixinin önəmli məsələlərindən hali olmağın da faydası var. Amma məşhur el məsəlində deyildiyi kimi “əvvəl evin içi, sonra da çölü”. Bu mənada əhatəmizdə olan insanların böyük əksəriyyətinin tarixi mövzuda olan filimlərə, televiziya və radio verilişlərinə, söhbət və disputlara, o cümlədən dövrü mətbuatda gedən yazılara olan sonsuz marağı başa düşüləndir. Ulu öndər Heydər Əliyev deyirdi: “Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix yeniyetməlikdən başlayaraq, ömrünün sonuna qədər hər bir insana lazımdır. Ona görə də biz indi gərək xalqımızın tarixini diqqət mərkəzinə alaq”.

Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi

 

Laçın tarix-diyarşunaslıq muzeyi işğaldan əvvəl

1979-cu ildə Azərbaycan hökuməti tarix və mədəniyyət abidələri ilə zəngin olan Laçın rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul etmişdi. 1980-ci ildə muzeyin yaradılması üçün  eksponatların toplanmasına başlanılmış, işin icrası və muzeyə rəhbərlik Solmaz Səttar qızı Məhərrəmovaya tapşırılmışdı.

XANƏGAHDA MƏSCİD DAĞILIR…

 

Bir müddət öncə, əməkdar jurnalist Fuad Babayev sosial şəbəkələrdə Quba rayonunun Xanəgah kəndindəki XIX əsrə aid tarixi məscid binasının tamamilə dağılmaq ərəfəsində olduğunu bildirdi və həyəcan təbili çaldı.