Irs

Sarı Aşıq Xatirə Muzeyi

sariq-asigin-abidesi

Həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyatda mahir bayatı ustası kimi tanınan Sarı Aşığın həyat yolu hələ saglığında ikən əfsanə və rəvayətlərə çevrilmiş, onun adı və sənəti əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir.

Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyi

a3
Qarabağ muzeyləri

Füzuli  rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Muzeyin fondunda və ekspozisiyasında toplanmış eksponatların altı mindən çoxu işğal ərəfəsində ərazidən çıxarılmış və hazırda Bakı şəhərində fəaliyyət göstərən “İstiqlal” muzeyində mühafızə edilir.

Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyi

Qarabağ muzeyləri

Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyi rəsmən 1980-ci ildə fəaliyyətə başlayıb. Muzey rayonun mərkəzində, “Oktyabr” küçəsində yerləşirdi. Həmin illərdə  muzey eksponatlarından ibarət buklet də hazırlanıb.

Xalqlar Dostluğu Muzeyi

Qarabağ muzeyləri

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında  ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan  31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu  Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.

Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında məlumatların gənc nəslə çatdırılmaqla yanaşı, beynəxalq təşkilatlara itkilərimiz barədə dürüst informasiyaları  çatdırmaqdır. Bu ideya Söz Azadlığını Müdafiə Fondunun  (SAMF) Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gercəkləşən layihədə mümkün olub.

“İrs” rubrikasında Qarabağ muzeyləri ilə bağlı məlumatları ardıcıl olaraq təqdim edəcəyik.

Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi

Qarabağ muzeyləri

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında  ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan  31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu  Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.