Söhbət

Aqil Eyvazov: “Dünyadakı maliyyə böhranlarının səbəbi ABŞ dollarıdır”.

DSCF7074

1905.az portalının suallarını AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov cavablandırır.

– Aqil müəllim, mövcud iqtisadi durumu necə şərh edərdiniz?

– Son zamanlar iqtisadi məsələlərin əsas gündəm mövzusu olması neftin qiymətin aşağı düşməsi, manatın dəyərini itirməsi ilə bağlıdır. Ötən il fevralın 21-də ilk devalvasiya zamanı neft bu qədər ucuzlaşmamışdı. Bu gün itisadi böhran yalnız Azərbaycanda deyildir. Lakin böhran iqtisadiyyatı neft üzərində dayanmış ölkələrdə özünü daha ciddi surətdə biruzə verir. Biz uzun müddət iqtisadi artım tempinə görə dünyada və xüsusilə MDB məkanında ən öndə gedən ölkələrdən olmuşuq. Həm sosial və inftrastruktur layihələrinin gerçəkləşdirilməsi, həm də digər amillər baxımından. Baş verən hadisələr cənab Prezidentin də qeyd etdiyi kimi, gözlənilməz oldu. Amma bu durum ölkə iqtisadiyyatına tam fərqli və yeni baxış ortaya qoymağı tələb edir. Problemin kökü çoxlarının təkrar etməyi xoşladığı “Holland sindromu” ilə əlaqəli deyil. Axı iqtisadiyyatı neftlə əlaqəli olmayan ölkələrdə də maliyyə böhranı baş verib.

Hikmət Hüseynov: “Düşündürücü kitab seçənlər çox az saydadır.”

DSCF6711

Müsahibimiz Whsmith Port Baku Mall-da icraçı direktor vəzifəsində çalışan Hikmət Hüseynovdur.

– Kitab və müasir Azərbaycan reallıqları haqqında danışmaq istərdik. Siz beynəlxalq brendin kitab mağazasının rəhbərisiniz.  Kitab satışı ilə bağlı əsasən hansı problemlər mövcuddur?

– Oxucu kimi “staj”ım böyük olsa da, kitab mağazasında yalnız 6 aydır işləyirəm. Kitab satışı ilə bağlı problemlər də müxtəlifdir. Birincisi kitabı satmaq üçün onu düzgün seçməlisən. İndi kitab oxuyanların sayı o qədər də çox deyil. İndi daha çox rahat “həzm” edilən kitablara üz tuturlar. Düşündürücü kitab seçənlər çox az saydadır. Belə kitablar daha çox hazırlıq, intelllekt tələb edir.

Kamil Həmidov: “Cəmiyyətimiz, onun durumu necədirsə, mətbuatı da, vətənpərvərliyi də o cürdür”

kamil hemidov

1905.az portalının suallarını Gün.Az saytının parlament müxbiri Kamil Həmidov cavablandırır

– Kamil müəllim, orta statistik oxucumuzun media mənsubundan, mediadan gözləntiləri barədə nə demək olar?

– Hər bir oxucunun, izləyicinin öz baxışı, öz dünyagörüşü və buna uyğun olaraq da öz istəyi, arzusu, tələbatı var, o, öz istədiyi həqiqəti görmək, eşitmək, oxumaq istəyir. Eyni zamanda, bir oxucu üçün məqbul olanı digər oxucu tərəfindən birmənalı olmaya, qarşılanmaya bilər. Amma ümumən götürdükdə oxucu və oxucular mediadan, media mənsubundan və mənsublarından həqiqətə, obyektivliyə nisbətən daha yaxın olan məlumatı, informasiyanı əldə etmək istəyirlər. Heç də təsadüfi deyil ki, paytaxtdan fərqli olaraq əyalətlərdə hələ də–Sovetlər dövründə və müstəqilliyimizin ilik illərindəki kimi-medianın yazdığını az qala Quran ayəsi kimi qəbul edənlər var, onlar belə hesab edirlər ki, mətbuat yazdısa, demək hər şey o cürdür. Amma reallıq isə bunun çox zaman əksini deyir. Bunun da obyektiv və subyektiv səbəbləri və tərəfləri var. Burada həm də çoxlu suallar yaranır. Məsələn, mətbuat, media mənsubu tam azad və müstəqildirmi? Bəzən də bizdə belə bir yanlış təsəvvür yaranır ki, mətbuat, medaia mənsubunun azadlığı onun siyasi azadlığı ilə ölçülür. Burada həqiqət var, amma bu, yarımçıq həqiqətdir. Mətbuatın azadlığını şərtləndirən amil onun iqtisadi cəhətdən müstəqil olub-olmamasıdır. Mətbuatın iqtisadi müstəqilliyi yoxdursa, o kimdənsə asılıdırsa, kiminsə əlinə baxırsa, onun azadlığından da danışmaq olmaz. Ötən əsrin 80-ci illərinin sonlarından 90-cı illərinin axırlarına kimi mətbuatda az da olsa inkişaf, iqtisadi müstəqillik vardı. O vaxtlar daha çox dəbdə olan qəzet jurnalistikası özünün satışı və az da olsa, reklamdan əldə etdiyi gəlirləri hesabına özü təmin edə, ayaq üstə dura bilirdi. Bu, həm də çoxlu sayda peşəkarların jurnalistikada özünü göstərməsinə və meydana gəlməsinə imkan yaradırdı. Amma çox təəssüflər olsun ki, 1998-ci ildə senzuranın ləğvindən az müddət sonra mətbuatın iqtisadi çöküşü başlandı, mətbuat ayaqda qalmaq üçün zorən və ya könüllü şəkildə asılı vəziyyətə düşdü. Bu da nəticə etibarı ilə mətbuatın həm iqtisadi, həm də siyasi müstəqilliyinə çox ciddi mənfi təsir göstərdi. Eyni zamanda, peşəkarların böyük bir qisminin mətbuatdan uzaqlaşması, onların yerinin isə qeyri-peşəkarlar, diletantlar tərəfindən tutulması ilə nəticələndi…Yəni, demək istəyirəm ki, bu şərtlər daxilində istəsən belə orta statistik oxucunun gözləntisini, səndən umduqlarını verə bilmirsən və bilməyəcəksən…Amma burada bir vicdan məsələsi də var- vicdanı olan, vicdanlı media mənsubu az da olsa oxucuya nəsə verə bilər…Heç olmasa vicdanımızı tam itirməyək …

Ramal Nadir: “Bu gün Qarabağ atlarının sayı kifayət qədər deyil”

ramal nadir

1905.az portalının suallarını atçılıq üzrə mütəxəssis, məşqçi və jokey Ramal Nadir cavablandırır.

– Ramal müəllim, necə oldu ki, atların təlimçisi oldunuz?

– Babam böyük at sevicisi idi. Çoxsaylı nəvələrin, nəticələrin içində bu estafeti davam edən mən oldum. Lakin atları yaxından tanıyandan sonra onlara qarşı məhəbbətim daha da artdı. Əslində bu sevgi və maraq hər bir azərbaycanlının qanında var. Sadəcə bir qədər atlara yaxın olmaq lazımdır. Bu yaxınlıq məni peşəkar atçılığa gətirdi. Sahəni elmi-praktik baxımdan dərindən öyrəndim. Uzun illər və zəhmət nəticəsində ippologiya elminə bələd oldum. Tanınmış məşqçilərin, ustaların yanında keçdiyim təlim və məşqlər nəticəsində atçılıq idmanının sirrlərinə yiyələndim. İndi də xatırlayıram, hər şey uşaqlıqdan – babam məni atın belinə qoyub gəzdirdiyi andan başlamışdı.

İndi məni fikir götürür, fikirləşirəm ki, görəsən bu rəqəmsal texnologiyalar əsrində bizim davamçılarımız at kimi milli sərvətimizə nə dərəcədə sahib duracaqlar?

Samin Həsənov: “600 bal yığsan, universitetlər sənə, 200 bal yığsan, sən universitetlərə yalvaracaqsan.”

DSCF6752

“1905.az” portalının suallarını “Zəfər” kurslarının filial müdiri Samin Həsənov cavablandrır.

– Azərbaycan gəncinin hazırlıq səviyyəsi. Belə bir təsəvvür var ki, oxuyan Azərbaycan gəncini ancaq ali məktəbə daxil olmaq düşündürür. Ali məktəbə daxil olan kimi isə onların təhsil prosesinə münasibətləri dəyişir. Doğrudanmı Azərbaycan gənci yalnız ali mətəbə daxil olmağa çalışırlar?

– Təbii ki, bunu hamıya aid etmək olmaz. Hər il orta məktəbləri yüz minə yaxın insan bitirir. Bunlardan əlavə, əvvəlki illərdə də daxil ola bilməyən insanlar var. Əlbəttə, bunların yalnız 20-30 faizi ali məktəblərə daxil olurlar. Bu təxminən 25-30 min nəfər edir. Bunların da yalnız 10-15 min nəfərini oxumaq düşündürür. Məsələn, bizim kursa gələn hər 10 nəfərdən yalnız 2-3 nəfəri qarşısına məqsəd qoyur və çalışır. Başqa sözlə, bu insanlar öz hədəflərini bilirlər. Amma əksəriyyətin hədəfi yoxdur. Mən özüm hər ay kursumuzda keçirilən sınaqlarda hədəfləri müəyyənləşdirirəm ki, filankəs bu ay neçə bal yığıb, növbəti ay neçə bal yığmalıdır. Əksəriyyətin isə hədəfi yoxdur, “nə yığaram, yığaram”, prinsipi ilə yaşayırlar.

Hacı İsmayilov: “Fəryad” filmi çoxdan etalona çevrilib”

DSCF66591905.az portalının suallarını xalq artisti Hacı İsmayılov cavablandırır.

 – Hacı müəllim, 2015-ci il nə ilə yadda qaldı və 2016-cı ildən gözləntiləriniz nədir?

– Hər ötən il insanın yaşının üstünə yaş gətirir. Hər bir il öz sevinci, ağrısı və gülüşüylə qiymətlidir. Bəziləri elə hesab edir ki, bu il pis idi, gələn il daha yaxşı olacaq. Amma mən o fikirdə deyiləm, b il də yaxşı il idi, gələn il də yaxşı olacaq. Həmişə bu sözləri təkrar edirəm:

 Arzular tükənməz, illər qanadlı ,

Hər il təzə güllər dərmək istərəm.

Bütün ürəkləri toylu-büsatlı ,

İnsanları gülümsər görmək istərəm.

Yaradan ellərim, quran ellərim,

Açsın hər səhəri yeni zəfər ilə.

Təzə mənzillərin, evlərin sayı,

 Daha da çoxalsın, daha da artsın.

Səhərlər günəşlə, axşamlar ayla,

Doğma vətənimin hüsnü oyansın.

Qoy açılan hər səhər, hər gələn il insanlara sevinc gətirsin. İnsanlar ümidlə yaşayırlar, onları yaşadan ümiddir. Deyirlər, axırıncı ölən ümiddir. Hamı ümid edir ki, gələn il daha yaxşı olacaq. Hər il yeni hadisələr baş verir. Sevinc də olur, kədər də, amma bunlar bir insan ömrünün tərkib hissələridir. Ona görə hər ili qiymətləndirirəm. Hərdən mən deyirəm ki, mən XX əsrin adamıyam. Niyə? Çünki, 1944-cü il yanvarın 22-də Bakı şəhərində doğulmuşam. XX əsrdə mən həm cavan, həm uşaq olmuşam. Həyat görmüşəm, dünya görmüşəm, insanlar görmüşəm və yaşamışam. Cavanlıqda filmlərə çəkilmişəm, teatrda tamaşalarda oynamışam. Dostluq etmişik, yeyib-içib gəzmişik. Biz bir dəstə sənətdə olan adam – mən, Fuad Poladov, Əlabbas Qədirov, Kamal Xudaverdiyev Ceyhun Mirzəyevin başına yığılardıq. Teatrda məşqə gələrdik və məşqdən sonra ayrılmaq istəməzdik. Mütləq gedib ya çay içərdik, ya hardasa bir qonaqlıqda olardıq. Axşam tamaşasından sonra da evə getmək istəmirdik, bir yerdə olmağa çalışardıq. İndikilər tamaşanı oynayır, qaçırlar, hara qaçırlar, özləri də bilmirlər.