Söhbət

İradə Musayeva: “Yaza bilməməyimizin, ədəbi prosesin ölülüyünün bir səbəbi də ədəbiyyatın dəstələşməsidir.”

13535896_885119931613646_1311820398_n

Müsahibimiz filologiya üzrə fəlsəfə doktoru İradə Musayevadır.

– Bizi maraqlandıran məsələ əbəbiyyatımızın ideya ixracı imkanlarıdır. Bu gün həqiqətlərimizi dünya səviyyəsinə çıxarmaq üçün ədəbiyyatın, musiqinin, rəngkarlığın, qrafikanın rolu çox böyükdür. Çağdaş ədəbiyyatımız Qarabağ həqiqətlərimizi, 1990-cı illərin əvvəllərindən bəri yaşananları və vaxtilə baş verənləri dünya çapına çıxarmaq missiyasının öhdəsindən necə gəlir?

Alxan Bayramoğlu: “Sabirin arzusu o idi ki, göstərdiyi nöqsanlar tamamilə islah olsun və onun “Hophopnamə”si tarixin yaddaşına çevrilsin.”

DSCF8927

Müsahibimiz filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur.

Alxan müəllim, XXI əsrin ikinci onilliyinin ikinci yarısında yaşayırıq. Və M.Ə.Sabirin ölümündən 100 ildən çox vaxt keçir. Bu gün Sabirə olan münasibət Sabir tədqiqatçısı kimi Sizi qane edirmi?

Sabirə münasibət istər sağlığında, istərsə də vəfatından sonra heç vaxt birmənalı olmayıb. Elə ona görə də deyir:

Fərəh Sabirqızı: “Bəzən görürsən ki, iki cümləni bir-birinin ardınca qura bilməyən insanlar hansısa saytın baş redaktoru olurlar.”

 Fereh sabiqızı

Suallarımızı tanınmış jurnalist Fərəh Sabirqızı cavablandı.

– Sürücülükdə kateqoriya anlayışı var. Tutaq ki, B kateqoriyalı sürücülük vəsiqəsi sahibinə yalnız minik avtomobilini idarə etmək hüququnu verir… Jurnalistikada vəsiqələr olsa da, kateqoriyalar yoxdur. Amma həm də var bu kateqoriyalar. Hər halda media aləmi kimin nəyə qadir olduğunu yaxşı bilir. Çox maraqlıdır, “New Baku Post” layihəsində 3 il çalışmaqla Siz hansı kateqoriyanı əldə etdiniz?

Əmrah Fəqanoğlu: “Diletant səviyyəli yazı müəlliflərinin özlərini jurnalist adlandırması mənə həmişə pis təsir edir.”

Emrah Feqanoglu

Suallarımızı tanınmış  jurnalist Əmrah Fəqanoğlu cavablandırır

– Əmrah müəllim, 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdiniz. Media yolunuzsa gərək ki,  1991-ci ildən başlanıb. Hansı mərhələlərə bölərdiniz bu yolu?

-Mənim jurnalistikanı seçməyim, nə qədər kədərli olsa da, ailəmizə üz verən və ömrümün sonuna qədər də məni ağrıdacaq faciə ilə bağlıdır. 1980-ci ilin noyabr ayında ailəmizin ilki – qardaşım Ehtiram Kənd Təsərrüfatı İnstitutunun birinci kursunda oxuyanda qəflətən dünyadan köçdü. O zaman mən beşinci sinifdə oxuyurdum. Dəhşətli dərəcədə sarsılmışdım, yaşamaq istəmirdim, özümə Allahdan yalnız ölüm diləyirdim… Həmin dövrdən başlayaraq kədərimi poetik  dillə ifadə etməyə çalışırdım və bu mənə bir qədər təskinlik verirdi. Sonra başqa səpkili şeirlər və hekayələr yazdım. Altıncı sinifdə oxuyanda “Pioner” jurnalına göndərdiyim şeir çap olundu və ədəbiyyat müəllimim bu uğuruma görə sinif yoldaşlarımın qarşısında məni o ki, var təriflədi. Həmin jurnalda “Bağışla, ana!” adlı hekayəm işıq üzü görəndə də müəllimimdən “sən əməlli-başlı yazıçısan ki” tərifini eşidib fərəhlənmişdim. Şeir və hekayələrlə yanaşı, “Pioner” jurnalında və “Azərbaycan pioneri” qəzetində məqalələrim də çap olunurdu və buna görə mənə xeyli miqdarda qonorar da göndərirdilər.  Doğulub böyüdüyüm Ağsu rayonunda çıxan “Birlik” qəzetində də məqalələrimə yaşıl işıq yandırmışdılar, hətta az sonra həmin qəzetin ştatdankənar müxbiri seçildim. Azərbaycan radiosuna göndərdiyim publisistik yazıların efirdə səsləndirilməsinə də artıq bir növ adət etmişdim.