Söhbət

Kənan Quluzadə: “Azərbaycan nə satellitdir, nə də forpost.”

DSCF6692

1905.az portalının suallarını jurnalist, politoloq Kənan Quluzadə cavablandırır.

– Yeni ilin ilk günlərində Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər birinci dövlətin vətəndaşı olan şeyx Nimirin onlarca digər insanlarla birgə edam olunması nəticəsində son dərəcə gərginləşdi. İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum oldu, bir sıra ərəb ölkələri İranla diplomatik əlaqələri pozdular. Sizcə, bu proses yaxın aylar ərzində hansı istiqamətdə inkişaf edəcək?

– Düşünürəm ki, baş verən hadisə, İranla Səudiyyə Ərəbistanı və ya səfirlərini geri çağırmış digər ərəb ölkələri arasında qarşıdurma bu gün yaranmayıb.  Bu hadisə mərhələ-mərhələ gəlib, bu həddə yetişib. Bunun davamı da müxtəlif cür ola bilər. Əgər bu qarşıdurmanın hərbi münaqişəyə çevrilib-çevrilməyəcəyindən danışırıqsa, onlar arasında hərbi münaqişə var. Bu münaqişə Suriya və Yəmən ərazisində gedir.  Xatırlayırsınızsa, Bəhreyndə azlıq təşkil edən sünnilər, şiələr ayağa qalxanda yardım üçün Səudiyyə Ərəbistanı ordusunu dəvət etmişdi. Bu gün artıq Səudiyyənin ərazisində sünni və şiələr arasında qarşıdurma var. Bu ölkələr arasında böyük müharibə olcağını mən gözləmirəm. Çünki burada Qərb, ABŞ amili var, regionda ən real hərbi qüvvəyə malik Türkiyə amili var, əlbəttə həm də Rusiya amili var. Buradakı aktorlar Qərb ölkələri, ərəb ölkələri ilə İranın qarşıdurmasında maraqlıdır. Bu qüvvələr onların bir-biri ilə savaşmasını, amma bir-birini öldürməməsini istəyirlər. Amma qızışdıran qüvvələr, həm də tərəfləri bir növ aralamağa çalışan qüvvələr hadisələrin pik nöqtəsinə çatmasına imkan verməyəcəklər. Son vaxtlar ABŞ-ın İranla qarşılıqlı anlaşmaları, ABŞ və Qərbin neftin qiymətinin düşməsindəki maraqları imkan vermir ki, Yaxın Şərqdə problemlər indikindən də çox olsun. Əks təqdirdə qiymət strategiyası dağılacaq, ABŞ-ın yaxın müttəfiqi olan Türkiyə bu münaqişəyə müdaxilə edə bilər. NATO-nun Türkiyə ilə münasibətləri, Türkiyənin Rusiya təyyarəsini vurması, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi və bir-birilərnə sanksiyalar tətbiq etməsi göstərir ki, Türkiyənin özünün oynadığı başqa oyunlar var.

Dilşad Məmmədova: “Reytinqli teleproqramlar içərisində öz baxdığım verilişləri görmürəm”

Dilsad_Memmedova

1905.az portalının suallarını TV mütəxəssisi Dilşad Məmmədova cavablandırır.

– Televiziya kanallarına baxırsınızmı?

– İndi dəb düşüb, çoxları deyirlər ki, Azərbaycan telekanallarına baxmırlar. Düzü, mən bununla razı deyiləm. Axı heç olmasa, bir vətəndaş kimi  ölkəmizdə nə baş verdiyini bilmək üçün yerli telekanallara baxmalı deyilikmi?

Sizcə, bunu bilmək üçün elektron saytlar kifayət etmir?

– Əlbəttə, mənim də mütəmadi olaraq oxuduğum saytlar var. Ən azı müxtəlif mövzularda xəbərlərə harada baxmaq lazım gəldiyindən xəbərim var. Amma bunlarla yanaşı, telekanallarda yayımlanan proqramlara da baxıram. Tək xəbərlər yox, müxtəlif proqramlara da. Xüsusilə Rusiya və Türkiyə kanallarından daim izlədiyim proqramların pis “kopiya”larına. Düzdür, indi tamaşaçını təəccübləndirmək çox çətindir. Nər şey haqqında danışılıb, çəkilib, göstərilib. Amma hər halda mən öz kanallarımızın öz məhsullarının sayını artırmasını arzu edirəm

Şahin Camalov: “Biz az qala sonsuz demokratiya, sonsuz hüquqlar istəyirik, buna meylliyik”

DSCF6108

1905.az portalının suallarını “İnsan hüquqları XXI əsr” fondunun rəhbəri Şahin Camalov cavablandırır.

Şahin müəllim, Beynəlxalq insan hüquqları günü ərəfəsində görüşmüşük. Və ilk sualımız belə olacaq. Adi adam insan hüquqları ilə bağlı nəyi bilir və nəyi bilməlidir?

Həqiqətən də Beynəlxalq insan hüquqları günü çox əhəmiyyətli tarixdir. Heç olmazsa, həmin tarix ərəfəsində insan hüquqları ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Hesab edirəm ki, yeni müstəqillik qazanmış, demokratiya yolunu seçmiş və bu yolla addımlayan dövlətlərin qarşısında duran əsas problemlərdən biri hüquqi cəhətdən savadlı cəmiyyət yaratmaqdır. Bu istiqamətdə biz mütəmadi olaraq maarifləndirmə işləri aparırıq, təlimlər, seminarlar,  həm yerli, həm də beynəlxalq konfranslar keçirmişik. Hüquqi cəhətdən savadlı cəmiyyətdə insanlar həm öz hüquqlarını, həm də başqalarının hüquqlarını bilir və buna hörmətlə yanaşırlar. Sadəcə öz hüquqlarını bilmək işin yalnız bir tərəfidir. Bu gün təəssüf ki, cəmiyyətmizdə bir çox insanlar oz hüquqlarını bilir, lakin başqalarının hüquqlarına hörmət etmirlər. Mən bu sahədə uzun illər çalışan insan kimi deyirəm ki,  bu, bizim çox yaralı yerlərimizdən biridir. Məsələn, hər kəs yol hərəkəti qaydalarını bilir, amma yol hərəkəti qaydalarını pozduqda, digər insanların hüquqlarını da pozmuş olduqlarını anlamırlar və ya bunu ciddiyə almırlar. Dünyanın hər yerində qaydaları ən yaxşı bilənlər cinayətkarlardır, amma onlar həm də qaydaları ən çox pozan şəxslərdir.

Zülfüqar Xeyirxəbər: “Mediada peşəkarların sayı çox azdır”

DSCF6080

1905.az portalının suallarını publika.az saytının redaktoru Zülfüqar Xeyirxəbər cavablandırır.

– Zülfüqar müəllim, imzanız kifayət qədər tanınıb. Neçə-neçə media ünvanında çalışmısınız. Əgər keçdiyiniz yola nəzər salmaq lazım gələrsə, media yolunuzu hansı mərhələlərə bölmək olar?

– Artıq 18 ildir mediadayam. Əgər bu müddəti mərhələlərə bölməli olsaq, üç mərhələyə bölərdim. Birinci: çap mətbuatı – qəzet və jurnal; ikinci: televiziya; üçüncü isə internet media kimi qruplaşdırardım. İlk olaraq 1997-ci ildə “Şərq” qəzetindən başlamışam. O vaxt şərqşünaslıq fakültəsində oxuyurdum. Yusif Nəzərliyə zəng edib soruşdum ki, qəzetiniz üçün bəzi yazılar yaza bilərəmmi? Cavab verdi ki, qonorar verə bilməyəcəyik, amma əməkdaşlıq edə bilərsən. Qardaşımgil Botanika bağının yaxınlığında yaşayırdılar. O vaxt Botanika bağından tez-tez meyitlər tapılırdı. Mən də bu hadisələr haqqında balaca xəbərlər yazırdım “Şərq” qəzetində. Hətta bu yazılarla əlaqədar maraqlı bir hadisə olmuşdu. Botanika bağından bir qızın kəsilmiş başı tapılmışdı. Bu hadisə haqqında xəbər yazmışdım və qəzetin manşetinə çıxarılmışdı. Altında da imzam qoyulmuşdu – Zülfüqar Xeyirxəbər. Səhərisi gün zəng ediblər redaksiyaya ki, kəsilmiş baş tapılıb, bəs bunun harası xeyirxəbərdir, insanları dolayırsınız?

Aksel Vex: “Ermənistan Rusiyadan çox asılıdır…”

DSCF5879

1905.az portalının suallarını Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex cavablandırır.

Fuad Babayev: Cənab səfir, Sizi 1905.az portalının redaksiyasında salamlamaqdan məmnunam. İcazənizlə, sualları mən, bizim icmalçımız Taleh Quliyev və Gündüz Nəsibov verəcək.

Səfir: Buyurun. Üç nəfər bir nəfərə qarşı (gülüş).

Fuad Babayev: Bu gün Avropada yaşananlardan hamımımız xəbərdarıq. Miqrant dalğası, terror təhlükəsi və s. Bütün bu baş verənlər ölkələr arasında, xüsusilə də Şengen sazişinə daxil olan ölkələr arasında sərhədlərin bərpasına gətirib çıxarır. Bu kimi hadisələr perspektivdə Avropa institutlarının – Avropa Birliyinin, Avropa Şurasının fəaliyyət dairəsini kiçildə bilərmi? İnteqrasiya proseslərinin dezinteqrasiya ilə əvəzlənməsi mümkündürmü?