Söhbət

Asif Azərelli: “7 il ərzində dalbadal kəsildiyim İncəsənət İnstitutunda müəllim işləməyə başladım”

DSCF7327

Müsahibimiz Azərbaycan Respublikasının əməkdar rəssamı Asif Azərellidir.

– Hər bir insanın peşə seçimi müxtəlif cür olur. Sanki daxildən bir güc gəlir və onu həmin istiqamətə meyilləndirir. Necə oldu ki, rəssamlığı bir sənət kimi seçdiniz?

– Mən Qarabağda anadan olmuşam. Amma biz əslən naxçıvanlıyıq. Atam-babam Şərurda doğulub, böyüyüblər və bəy idilər. Çox xeyirxah insanlar olublar. Bolşeviklər gələndə babamı güllələyiblər. Atam da məhv olunacağı qorxusundan Qarabağa, əvvəlcədən də əlaqələri olduğu Uğur bəyin yanına qaçıb.  Fikirləşib ki, ucqar yerdə onu kimsə tapa bilməz. Amma gəlib görür ki, Uğur bəy də qaçıb İrana gedib. Yeri gəlmişkən, həmin kənd indi də bu bəyin adını daşıyır – Uğurbəyli. Atam isə güllələnmə təhlükəsini nəzərə alıb, elə buradaca yaşamağa başlayır. Yaxşı təhsil görmüş adam idi. O vaxt həmin ərazilərdə pambıq əkini başlamışdı, camaatın isə pambıqdan başı çıxmırdı. Atam rus dilində 1-2 kitab tapıb, oxuyur və camaata pambıq əkmə qaydalarını öyrədir. Camaat elə bilir ki, o aqronomdur və ömrünün sonuna kimi də həmin kənddə aqronom işlədi. Ömrünün sonuna kimi Naxçıvana gedə bilmədi və səs vermək hüququ yox idi. Belə bir qəribə ömür yaşadı. Amma Bərdəyə bazara gedəndə bükülü kağızlar alıb gətirir və onları divara vururdu. Mən höccələyərək onların altındakı yazıları oxuyurdum: Makovski, Repin, Levitan… Bunlar həmin rəssamların əsərlərinin reproduksiyaları idi. Onların təsiri altında məndə rəssamlığa güclü həvəs yarandı. Yəni şüurum formalaşmağa başlayandan rəssamlığa meylim olub. Orta məktəbi bitirdikdən sonra, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində oxudum və İncəsənət Universitetinə qəbul olunmaq üçün 7 dəfə imtahan verdim. Hər dəfə rəssamlıqdan yüksək qiymətlər alırdım, ədəbiyyatı yaxşı bildiyimdən yazılı imtahanda məni kəsə bilmirdilər, amma şifahi imtahanda mənə qəsdən 2 yazırdılar. Nəhayət, burada ali təhsil ala blməyəcəyimi hiss edib, 1974-cü ildə Tbilisi Rəssamlıq Akademiyasına qəbul olundum. Hətta elə yüksək qiymətlər aldım ki, digər imtahanlardan azad etdilər. Akademiyanı əla qiymətlərlə başa vurdum və diplom işimə görə birbaşa məni SSRİ Rəssamlar İttifaqının üzvü seçdilər.

Bəxtiyar Məmmədli: “Biz jurnalistlər dünya mediası ilə ayaqlaşa bilmirik.”

Bextiyar_Memmedli

1905.az portalının suallarını “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədli cavablandırır.

– Bəxtiyar müəllim, hər bir media mənsubunun mediaya gəlişinin hökmən özəl tarixçəsi olur. Sizin mediaya gəlişiniz necə oldu?

– Məndə jurnalistikaya həvəsi anam oyadıb. Lakin ali məktəbdə təhsil aldığım müddətdə bu peşəyə daha çox bağlandım. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi həqiqətən bir məktəb oldu. Təbii ki, universitet, xüsusilə ixtisas təhsili aldığım fakültə öz imkanları daxilində tələbələrə seçim etməkdə köməklik göstərib. Universitetdə oxuduğum illərdə müxtəlif media qurumlarında təcrübə keçdim. Ancaq son olaraq, “525-ci qəzet”də təcrübədə oldum. Və bu qəzetdən aldığım ilk qonorar da indiyədək yadımdadır- denominasiyadan əvvəlki pul ilə 40 min manat. Bu qonorarla isə Nərimanov metrosunun keçidində fəaliyyət göstərən kitab dükanından “Qurani-Kərim” alıb, evə apardım. Daha sonra hərbi xidmətdə oldum və 2005-ci ildə yenidən “525-ci qəzet”də, özü də müxbir kimi fəaliyyət göstərməyə başladım.

– Xeyli yol qət etmisiniz. Bu yolun əsas mənzilləri hansılardır?

– Əslində, başqa jurnalist həmkarlarımdan fərqli olaraq, elə də böyük yol qət etməmişəm. Çünki 90-cı illərdən üzə bəri çalışan jurnalist dostlarımız var və indi “xeyli yol qət etmişəm” desəm, onların haqqına girmiş olaram. Ancaq onu deyə bilərəm ki, “525-ci qəzet”dən başlanan yol, daha sonra BayMedia İnformasiya Agentliyindən keçdi. İndi isə “Gündəlik Teleqraf” qəzetində fəaliyyət göstərirəm. Amma bu daimi iş yerlərimlə bərabər, həm də bunlara paralel olaraq, müxtəlif vaxtlarda İctimai Səhiyyə və İslahatlar Mərkəzində və müxtəlif qeyri-hökumət təşkilatlarında çalışmışam. İşlədiyim hər bir mətbuat orqanına və digərlərinə ayrı-ayrılıqda təşəkkür edirəm. Çünki hər bir media orqanından nələri isə öyrənmişəm və bunun üçün də mənə şərait yaradıblar.

Vəli Əlibəyov: “AVCİYA Ermənistanı diz üstə qoydu!”

IMG_0193

1905.az portalının suallarını Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov cavablandırır.

– Vəli müəllim, dünən, yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasında Azərbaycan üçün iki mühüm sənəd Britaniyalı deputat Robert Volter tərəfindən hazırlanmış “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” layihəsi və Militsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi”layihəsi müzakirəyə çıxarıldl. Assambleya birinci layihəni rədd etsə də, ikinci layihəni qəbul etdi. Sərsənglə bağlı layihə haqqında danışaq.

– Militsa Markoviçin hazırladığı qətnamənin qəbulu Azərbaycanın böyük uğurudur. Bizim təşkilat üçün isə bu hadisə başqa bir səbəbə görə də əlamətdardır. Belə ki, Sərsəng mövzusunun beynəlxalq təşkilatlar, o cümlədən, AŞPA-da qaldırılması, məruzəçinin təyin etdirilməsinə cəhd və onun tərəfindən məruzənin hazırlanıb təqdim edilməsi AVCİYA-nın 2013-cü ilin may ayında başladığı “Sərsəng-SOS” layihəsinin tərkib hissələrini təşkil edirdi. Bu gün böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, layihəmiz öz məqsədlərinə çatdı.

Aqil Eyvazov: “Dünyadakı maliyyə böhranlarının səbəbi ABŞ dollarıdır”.

DSCF7074

1905.az portalının suallarını AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov cavablandırır.

– Aqil müəllim, mövcud iqtisadi durumu necə şərh edərdiniz?

– Son zamanlar iqtisadi məsələlərin əsas gündəm mövzusu olması neftin qiymətin aşağı düşməsi, manatın dəyərini itirməsi ilə bağlıdır. Ötən il fevralın 21-də ilk devalvasiya zamanı neft bu qədər ucuzlaşmamışdı. Bu gün itisadi böhran yalnız Azərbaycanda deyildir. Lakin böhran iqtisadiyyatı neft üzərində dayanmış ölkələrdə özünü daha ciddi surətdə biruzə verir. Biz uzun müddət iqtisadi artım tempinə görə dünyada və xüsusilə MDB məkanında ən öndə gedən ölkələrdən olmuşuq. Həm sosial və inftrastruktur layihələrinin gerçəkləşdirilməsi, həm də digər amillər baxımından. Baş verən hadisələr cənab Prezidentin də qeyd etdiyi kimi, gözlənilməz oldu. Amma bu durum ölkə iqtisadiyyatına tam fərqli və yeni baxış ortaya qoymağı tələb edir. Problemin kökü çoxlarının təkrar etməyi xoşladığı “Holland sindromu” ilə əlaqəli deyil. Axı iqtisadiyyatı neftlə əlaqəli olmayan ölkələrdə də maliyyə böhranı baş verib.

Hikmət Hüseynov: “Düşündürücü kitab seçənlər çox az saydadır.”

DSCF6711

Müsahibimiz Whsmith Port Baku Mall-da icraçı direktor vəzifəsində çalışan Hikmət Hüseynovdur.

– Kitab və müasir Azərbaycan reallıqları haqqında danışmaq istərdik. Siz beynəlxalq brendin kitab mağazasının rəhbərisiniz.  Kitab satışı ilə bağlı əsasən hansı problemlər mövcuddur?

– Oxucu kimi “staj”ım böyük olsa da, kitab mağazasında yalnız 6 aydır işləyirəm. Kitab satışı ilə bağlı problemlər də müxtəlifdir. Birincisi kitabı satmaq üçün onu düzgün seçməlisən. İndi kitab oxuyanların sayı o qədər də çox deyil. İndi daha çox rahat “həzm” edilən kitablara üz tuturlar. Düşündürücü kitab seçənlər çox az saydadır. Belə kitablar daha çox hazırlıq, intelllekt tələb edir.