Netty2014 Nominants

Söhbət

Nazim Mustafa: “Həm 1918-ci il soyqırımı zamanı, həm də birinci Qarabağ müharibəsində ermənilər eyni istiqamətlərdən hücum edirdilər”

Nazim Mustafa

Tarixçi alim Nazim Mustafa Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan MEA Tarix İnsitutunun əməkdaşıdır. Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi Azərbaycan Dövlət Mükafatına layiq görülüb. 1905-1906-cı il soyqırımını əsas tədqiqatçılarındandır.

Asəf Quliyev: “Hərbi-vətənpərvərlik mövzusu yumşaq desək bir o qədər də populyar deyil”

ASƏF ASƏF Quliyev müsahibə1905.az portalının bu dəfəki müsahibi hərbi-vətənpərvərlik mövzusunda ixtisaslaşan jurnalist Asəf Quliyevdir

– Bilmək olarmı, jurnalist Asəf Quliyevin karyerasının əsas mərhələləri hansılardır?

Əslində mənim jurnalistikaya gəlişim bir qədər qəribə oldu. Təsadüf məni 1995-ci ildə“7 gün” qəzetinə gətirdi. Və baş redaktor Emin Eminbəyli jurnalistikada heç bir təcrübəm olmasa da məni müxbir kimi işə götürdü. Daha sonra elə həmin qəzetdə şöbə müdiri və nəhayət redaktor oldum.