Söhbət

iismayil-axundov-f

XOCALI – az qala 25 il keçir… İsmayıl Axundov: “195 nəfər Xocalı soyqırımı zamanı itkin düşmüş şəxs kimi Komissiyanın qeydiyyatındadır.”

ismayil-axundov

Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov 1905.az portalının suallarını cavablandırdı.

– İsmayıl müəllim, müdhiş Xocalı soyqırımının 25-ci ildönümü yaxınlaşır. Ötən illər ərzində Dövlət Komissiyasının bilavasitə bu soyqırım aktı nəticəsində yaşananlarla bağlı gördüyü işlər haqqında danışaq.

– Məlumdur ki, Xocalı soyqırımı XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş yeganə soyqırım aktı deyil. Ancaq bu soyqırımı cinayətini əvvəlkilərdən fərqləndirən bir sıra məqamlar var. Bu məqamları dərindən bilmək üçün hər şeydən öncə soyqırımın baş verdiyi tarix, həmin dövrdəki ictimai-siyasi vəziyyət, o cümlədən daxili və xarici təsirlər ətraflı şəkildə araşdırılmalıdır. Bu araşdırma həm elmi ictimai və publisist, həm də hərbi-siyasi və hüquq müstəvisində aparılmalıdır. Bütün bu məqamlar dərindən araşdırılmadan dəqiq nəticənin əldə edilməsi mümkün deyil.

_mg_1425

XOCALI – az qala 25 il keçir… Şahmar Usubov: “İtkisi olmayan ailə, itkisi olmayan ev yoxdur Xocalıda.”

_mg_1425

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov www.1905.az portalının suallarını cavablandırdı.

– Şahmar müəllim, Siz uzun illərdən bəri Xocalı icra hakimiyyətinə rəhbərlik edirsiniz.

– Mən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı olaraq özüm də Xocalı şəhər sakiniyəm. 1953-cü ildə Dağlıq Qarabağda, o vaxtki Əsgəran rayonunun Xocalı kəndində anadan olmuşam. Xocalıda yaşamışam, Xocalıda böyümüşəm, orta məktəbi Xocalıda oxumuşam. Yəni Bakıda ali təhsil aldığım illər istisna olmaqla işğal dövrünə qədər ailəmizlə birlikdə o kənddə yaşayıb fəaliyyət göstərmişəm. Xocalıda təsərrüfatla, əkinçiliklə, maldarlıqla məşğul olmuşuq. Ali təhsil aldıqdan sonra isə orada sovxozda çalışmışam, bankda müdir işləmişəm. Xocalı faciəsi dövründə Xocalıda olmuşam. Xocalıda olan bütün əsgərlər kimi mən də əlimə silah alıb səngərlərdə ermənilərə qarşı döyüşmüşəm və fevralın 26-sı gecəsi Xocalı əhalisi ilə birlikdə Xocalını tərk etmişəm. Yəni o faciəni gözü ilə görüb yaşayan insanlardan biri də mən olmuşam. Mənim də gözümün önündə erməni daşnakları bizim azyaşlı uşaqları, körpələri, qadınları güllələyiblər. Onların dünyasını dəyişmələri, faciədə necə məhv olmalarını mən də gözü ilə görən xocalılardan biriyəm. Faciə dövründə mən bu dəqiqə də itkin sayılan 6 əmim oğlunu itirmişəm, 2 əmimin yoldaşı, əmimin qızı, uşaqlar faciədə şəhid olubdur. Ümumilikdə bizim ailədə 20-dən artıq şəhid və itkin var. Xocalıdan çıxandan sonra biz Ağdam şəhərində məskunlaşdıq. O dövrdə işğaldan sağ çıxan əhalinin hamısı Ağdama üz tuturdu. Son araşdırmalara görə faciə gününə qədər Xocalıda 3 minə yaxın əhali qalmışdı.

_mg_1375f

Vüqar Əsgərov: “Məni yoran kitabımın “klon”larıdır.”

_mg_1375

“Azərbaycanın Milli Qəhrəmanları” kitabının müəllifi Vüqar Əsgərov www.1905.az portalının suallarını cavablandırdı.

 – 2010-cu ildə “Azərbaycanın Milli Qəhrəmanları” kitabının ikinci nəşri işıq üzü görüb (birinci nəşr 2005-ci ildə gerçəkləşib). Əvvəlcə bu kitabın ərsəyə gəlməsi barədə danışaq.

– 2001-ci ildən Respublika Xatirə Kitabı redaksiyasında çalışıram. Respublika Xatirə Kitabı redaksiyası əvvəllər Mətbuat və İnformasiya nazirliyinin tərkibində idi, hazırda isə Mədəniyyət və Turizm nazirliyinin tabelyindədir. Xatirə Kitabını bəziləri dərk etmir, elə bilirlər ki, Xatirə Kitabı kiminsə xatirəsindən yazır. Bu belə deyil. Xatirə Kitabı ümumilikdə Böyük Vətən Müharibəsindən üzü bəri 20 Yanvar, Xocalı, Qarabağ şəhidlərinin hamısı haqqında toplum halında məlumatlardır. Yəni şəhidlərin ensiklopediyasıdır. O redaksiyanın baş redaktoru əvvəllər Nəriman Həsənəliyev idi. O rəhmətə gedəndən sonra onun yerinə Nahid Hacızadə gəldi. O redaksiya Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 1989-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb. II Dünya müharibəsinin əhatə etdiyi bütün ölkələrdə Xatirə Kitabı var. Biz onlarla əməkdaşlıq edirik.

15129822_99839

Əkrəm Bəydəmirli: “Peşəkar səviyyədə  Azərbaycan həqiqətlərini dünyaya çatdıran  QHT-lərə diqqət artmalıdır.”

15129822_998393426952962_1327518731_n

www.1905.az  portalının suallarını Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli cavablandırdı.

Əkrəm müəllim, əvvəlcə rəhbərlik etdiyiniz təşkilatın “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında innovativ təşəbbüslərin artırılması” layihəsini gerçəkləşdirməyə qədər keçdiyi yoldan danışaq.

14805406_9749500f

Nurəngiz Hacıyeva: “Çalışmışam ki, ananın övladını düzgün böyütməsi üçün faydalı olan ən son məlumatları paylaşım”

14805406_974950039297301_266911701_n

Portalımızın suallarını “Sağlam gələcək. Valideynlərin stolüstü kitabı”nın müəllifi, tibb elmləri üzrə fəlsəfə doktoru Nurəngiz Hacıyeva cavablandırır.

– Nurəngiz xanım, valideynlərin stolüstü kitabının işıq üzü gördüyü ana qədərki fəaliyyətinizdən danışaq.

– 2001-ci ildən Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasında pediatriyanı tələbə və rezidentlərə tədris edirem. Həkimlik fəaliyyətinə 6 saylı uşaq xəstəxanasında başlamışam. Elmi -Tədqiqat Pediatriya İnstitutunun “Vaxtından əvvəl doğulanların patologiyası” şöbəsində, Türkiyənin Hacettepe Universitetinin “Reanimasiya” şöbəsində çalışmışam. Hal-hazırda isə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında neonatoloq-pediatr kimi fəaliyyətimi davam etdirirəm. 33 məqalənin, 1 metodik vəsaitin, “Neonatologiya” dərsliyinin həmmüəllifi, “Sağlam boy at” kitabının müəllifiyəm.

dscf9795f

Nadir Bədəlov: “Televiziya öz adamlarına qarşı tam xeyirxah deyil.”

dscf9795

1905.az portalının suallarını tanınmış TV mütəxəssisi Nadir Bədəlov cavablandırır.

– Böyük diqqət və maraqla Sizin layihələri izləmişik. Mümkündür ki, arada hansısa pauzalar olub. Bu fasilələr onunla şərtlənib ki, Sizi ekranda görməmişik. Bu nəyin nəticəsidir? Bizim diqqətsizliyimizin? Yoxsa Sizin layihələrdə boşluqlar, fasilələr olub. Bu müsahibəyə hazırlaşarkən Sizin telekanallara göndərdiyiniz layihələrin cavabsız qalması ilə bağlı informasiyaya rast gəldim. Sizin kimi peşəkar, uzun müddət televiziya sahəsində çalışmış, çox məhsuldar bir ssenari müəllifinin, aparıcının, veriliş müəllifinin, televiziya mütəxəssisinin müasir Azərbaycanda telekanallarla işbirliyində hansı problemlər var?