HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən müəssisənin Rusiyada keçirilən sərgidə iştirakının qarşısı alınıb

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan Respublikasının işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən “Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.