Azərbaycan prezidenti İlham Əliyev: “Ərazi bütövlüyümüz bərpa olunacaq!”

238190

“Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir”.

Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlı öldürülüb

həsən həsənov girovQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş şəxslərlə bağlı məlumat yayıb.

Komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüş keçirilib və girov götürülmüş şəxslərin taleyi ilə bağlı bu günə qədər heç bir məlumat olmadığından Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.