Nota bene

Azərbaycan Respublika Prezidentinin Səlahiyyətini həyata keçirən Respublika Ali Sovetinin sədri Heydər Əliyevin bəyanatı – 27 avqust 1993-cü il

Beş ildən artıqdır ki, Azərbaycan Respublikası Ermənistanın təcavüzünə məruz qalmışdır. Bu təcavüzün gündən-günə genişlənməsi nəticəsində yüzlərlə kəndlərimiz, yaşayış məntəqələrimiz düşmən tərəfindən zəbt olunmuş, yandırılmış və dağıdılmışdır. Amansız müharibədə minlərlə adam həlak olmuş və itkin düşmüşdür. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsində yüz minlərlə vətəndaş ev-eşiksiz qalmış, öz torpaqlarından didərgin olmuşdur.