Nota bene

ATƏT-in Lissabon Zirvə görüşü başa çatdıqdan dərhal sonra mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı – 3 dekabr 1996-cı il

Xanımlar və cənablar! ATƏT-in Lissabon sammitinin iclası yenicə başa çatmışdır. Azərbaycan nümayəndə heyəti bütün məsələlər haqqında Lissabon sammitinin qərarlarından razıdır. Biz belə hesab edirik ki, Avropada təhlükəsizlik və əməkdaşlıq işində daha bir böyük addım atılmışdır.

Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Konfrans Mərkəzində Zaqafqaziyanın digər iki respublikasının prezidentləri ilə birgə mətbuat konfransı – Lüksemburq, 22 aprel 1996-cı il

Sual: Cənab Ter-Petrosyan, Ermənistanın da üzv olduğu BMT və ATƏT-in prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaqda nə üçün çətinlik çəkirsiniz? Axı məlum olduğu kimi, Zaqafqaziyanin üç dövləti liderlərinin bəyannamə imzalaması yolunda əngəl məhz budur. Koçaryanın Dağlıq Qarabağa müstəqillik verilməsinin zəruriliyi barədə verdiyi, əslində ikinci erməni dövləti yaratmaq demək olan bəyanatlara münasibətiniz necədir?

Azərbaycan Respublikası Prezidentinin bəyanatı – Bakı şəhəri, 12 may 1995-ci il

Azərbaycan Respublikası məcburən cəlb edildiyimiz müharibənin ağır nəticələrinə, respublika ərazisinin iyirmi faizindən çoxunun işğal edilməsinə və bir milyondan çox azərbaycanlının doğma torpaqlardan qovulmasına və qaçqın vəziyyətinə düşməsinə baxmayaraq həmişə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, siyasi yolla aradan qaldırılmasına tərəfdar olmuşdur.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Kolin Pauellin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin bəyanatı – Ki Uest şəhəri, 3 aprel 2001-ci il

Amerika Birləşmiş Ştatlarının dövlət katibi hörmətli cənab Pauell!

Hörmətli Minsk konfransının həmsədrləri!

Hörmətli görüş iştirakçıları!

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!

Xanımlar və cənablar!

Hər şeydən əvvəl, məni Amerika Birləşmiş Ştatlarına səfərə dəvət etdiyiniz üçün, cənab dövlət katibi, sizə minnətdarlığımı bildirmək istəyirəm. Qonaqpərvərliyə və işimiz üçün çox gözəl şərait yaradıldığına görə Amerika Birləşmiş Ştatlarının hökumətinə, Ki Uest şəhərinin hakimiyyət orqanlarına və bu görüşün bütün təşkilatçılarına təşəkkür edirəm.