HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

XİN: Ermənistan münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyini və mühafizəsini risk altına atır

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi əməliyyatları zamanı həm öz, həm də üçüncü ölkələrin vətəndaşları olan jurnalistləri istismar etmək üçün etdiyi məsuliyyətsiz cəhdlərinə dair xəbərlərin sayı artmaqdadır. Xüsusi narahatlıq doğuran haldır ki, Ermənistan bəzən jurnalistləri və digər media mütəxəssislərini fəal hərbi əməliyyatların getdiyi ərazilərə gətirərkən, onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görmür.