HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinə nota ünvanlayıb

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib.

 

Erməni məkrinin Sumqayıt avantürası

30 il əvvəl – 1988-ci ilin fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və erməni havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisələr nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər, o cümlədən 26 erməni həlak olub, 400-dən çox insan bədən xəsarəti alıb, 200-dən çox mənzil talan edilib, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb.

Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən müəssisənin Rusiyada keçirilən sərgidə iştirakının qarşısı alınıb

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan Respublikasının işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən “Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.