HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Xorvatiya prezidenti: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”

de9c5fbb4aa92b9fc77222fa9c78c851

“Çox səmimi qarşılanmaya görə təşəkkür edirəm”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç deyib. O bildirib ki, Bakıda və Azərbaycanın digər yerlərində yaşayan xorvat icması ilə görüşüb: “Mən çox şadam ki, Azərbaycan milli yığmasının baş məşqçisi ilə yanaşı, iqtisadiyyat, əczaçılıq, nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox xorvat var. Sizin 20013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkanlar var. Bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusən iqtisadiyyat, investisiya, ticarət, mədəniyyət, təhsil, müdafiə, təhlükəsizlik sahələrində əlaqələr və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı koordinasiya və məsləhətləşmələrlə dərinləşdirmək, genişləndirmək üçün çoxlu imkanlar mövcuddur”.

Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

http://www.apa.az/xarici_siyaset/xorvatiya-prezidenti-xorvatiya-azerbaycanin-suverenliyi-ve-erazi-butovluyunu-destekleyir.html

Azərbaycan çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib

903471a811e997a9dfa0df34e2a2f2d9

Forumun “dəyirmi masa”larından biri də qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunub

Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda “dəyirmi masa” keçirilib.

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir”

2d67859b394f78a6ec0b3177265d8d91

“Azərbaycanın tarixi Qarabağ bölgəsi və ətrafdakı 7 rayon işğal edilib. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Xocalıda öldürülənlər arasında xeyli qadın və uşaq olub”.

APA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

İlham Əliyev növbəti erməni yalanını tam ifşa etdi

14741017981662546899_1000x669

MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.

BMT-nin baş katibinə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyətinə dair sübutlar təqdim edilib

14725336542346218797_1000x669

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın baş katibi Pan Gi Muna Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət haqqında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məruzəsini (sənəd A/70/1016–S/2016/711) təqdim edən məktubu BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb.