Xəbər

Elxan Süleymanov: “Avropa Şurası təsəllini gizli fəndlərdə tapır”

 Strasburq, 1 oktyabr 2014-cü il

Dünən, sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri Komitəsi olduqca ziddiyyətli məsələ – iddia edilən siyasi məhbuslarla bağlı Azərbaycana kəskin hücum edən Estoniyalı xanım Mailis Repsin (ALDE) bəyanatını təsdiqləyib.

Şamaxının millət vəkili Elxan Süleymanovun qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçinin məlumat memorandumu müzakirəyə çıxarıldı

elxan suleymanov

Bu gün, 30 sentyabr Avropa Şurasının Sosial Komitəsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun  təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında  mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair”  qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi,  Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin  ilk məlumat-memorandumu müzakirəyə çıxarılıb.