HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

XİN “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” hesabatını təqdim edib

14569112406078018274_1000x669

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi martın 2-də “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı martın 2-də keçirdiyi mətbuat konfransında bildirib ki, hesabatda əks olunmuş məlumat daha çox erməni açıq mənbələrindən toplanılaraq işğal olunmuş ərazilərdə beynəlxalq hüquqa tam məhəl qoyulmadan məskunlaşmanın həyata keçirilməsi, mülkiyyət, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti daxil olmaqla, davamlı fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər təmin edir. Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın zəbt edilmiş ərazilərində qanunsuz istehsal edilmiş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır.

AŞPA sədri: “Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı ilə bağlı problem həll edilməlidir”

pace

“Azərbaycanın Avropa və Avropa Şurası ilə əlaqələrini inkişaf etdirməyə imkan verəcək dönüş nöqtəsində olduğuna inanıram”.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, bu barədə AŞPA sədri Pedro Aqramunt Azərbaycana iki günlük səfərinin yekunlarına dair bildirib. P. Aqramunt Azərbaycanın müxtəlif çağırışlarla üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, həssas geosiyasi vəziyyətdə olan Azərbaycanda bu çağırışlar enerji, insan haqları məsələlərini aşaraq maliyyə böhranı və xarici investorların cəlbini ehtiva edir. O, yüksək səviyyəli rəsmilərlə səmimi və açıq müzakirələr apardığını qeyd edib.

AVCİYA Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət ünvanlayıb

20160224_142038_Pano

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında qalan torpaqlarda davam edən cinayətlərlə bağlı Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciəti

Ötən əsrin 80-ci illərin sonlarından etibarən Ermənistan SSR-də yaşayan Azərbaycan milliyətindən olan şəxslərin həyatı gündən günə çətinləşməyə başlamışdı. Az keçməmiş, Ermənistandan Azərbaycana ilk qaçqınlar gəlməyə başladılar. Milli mənsubiyyətinə görə təhqir, təhdid və fiziki təzyiqlərə tab gətirə bilməyən yüz minlərlə Azərbaycanlı öz ana-ata yurdunu tərk etmə məcburiyyətində qaldı.  Ermənistan monoetnik bir dövlətə çevrildi, qondarma “Böyük Ermənistan” ideyasının reallaşdırılması istiqamətində növbəti ciddi addım atıldı. O zaman Azərbaycan çox Dedi – Siz Susdunuz…

Millət vəkili Elxan Süleymanovun ABŞ konqresmeninə məktubu

12493453_798658636926443_4199758477852793920_o

ABŞ senatının nümayəndələr palatasının üzvü

konqresmen cənab Adam Şiffə

Cənab Şiff,

Siz bu günlərdə Ermənistanın “Asbarez” qəzetinin baş redaktoru Ara Xaçatryanın “Horizon live” verilişinə verdiyiniz müsahibənizdə AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı müzakirə edilmiş qətnamələrə münasibət bildirərkən, onların Azərbaycanı dəstəkləyən birtərəfli qətnamə olduqlarını vurğulayırsınız. Britaniyalı deputat Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnaməni destruktiv adlandıraraq, onun təsdiq olunmamasında sizin və  ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi xanım Viktoriya Nulandın xüsusi rolunun olduğunu bildirirsiniz, su ilə bağlı qətnamənin isə təsdiqləndiyini ifadə edirsiz.

Elxan Süleymanov: Avropa Şurası Parlament Assambleyası Ermənistanı rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı kimi təqdim edir və Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsini tələb edir

TheParliamentaryAssemblyOfTheCouncilOfEurope1

Strasburq, 30 yanvar 2016-cı il: Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalına dair iki məruzə layihəsi AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında müzakirə edilərək, səsə qoyuldu. Hər iki məruzə işğal edilmiş Dağlıq Qarabağ və qonşu ərazilərə dair unudulmuş məsələnin yenidən beynəlxalq gündəmə gətirilməsi uğrunda iki ildən bəri Strasburqda mübarizə aparan Elxan Süleymanovun irəli sürdüyü qətnamə layihələrinə əsaslanırdı.

Birinci məruzə layihəsi Ermənistan silahlı qüvvələri ilə sərhəddə təmas xəttində zorakılığın artmasına, ikincisi isə Azərbaycan vətəndaşlarının Sərsəng su anbarına yaxın bölgələrdə üzləşdiyi humanitar böhrana və onların qəsdən sudan məhrum edilməsinə diqqəti yönəltmişdi.

Cəbhə xəttində zorakılığın artmasından bəhs edən birinci məruzə layihəsi kiçik səs fərqi ilə rədd edildi, çünki bir çox deputatlar ATƏT-in bu məsələnin AŞPA deyil, onların məsuliyyətində olması arqumentinə təslim olmuşdu. ATƏT-in Minsk Qrupunun həmsədrləri həqiqətən də Avropa Şurası parlamentarilərinə heç zaman görünməmiş, qəzəbli açıq məktublar və mətbuat bəyanatları göndərərək, “onların işləri”nə müdaxilə etməmək barədə “xəbərdarlıq” edirdilər.