Xəbər

1478537258810534929_f

Paolo Centiloni: İtaliya Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində əlindən gələni edəcək

1478537258810534929_1000x669

İtaliya ATƏT-ə sədrlik edəcək ölkə və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 7-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

dilqem_shahbaz kicik

BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər

dilqem_shahbaz

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə noyabrın 2-də gerçəkləşib. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.

de9c5fbb4aa92b9fc77222fa9c78c851

Xorvatiya prezidenti: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”

de9c5fbb4aa92b9fc77222fa9c78c851

“Çox səmimi qarşılanmaya görə təşəkkür edirəm”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç deyib. O bildirib ki, Bakıda və Azərbaycanın digər yerlərində yaşayan xorvat icması ilə görüşüb: “Mən çox şadam ki, Azərbaycan milli yığmasının baş məşqçisi ilə yanaşı, iqtisadiyyat, əczaçılıq, nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox xorvat var. Sizin 20013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkanlar var. Bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusən iqtisadiyyat, investisiya, ticarət, mədəniyyət, təhsil, müdafiə, təhlükəsizlik sahələrində əlaqələr və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı koordinasiya və məsləhətləşmələrlə dərinləşdirmək, genişləndirmək üçün çoxlu imkanlar mövcuddur”.

Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

http://www.apa.az/xarici_siyaset/xorvatiya-prezidenti-xorvatiya-azerbaycanin-suverenliyi-ve-erazi-butovluyunu-destekleyir.html

903471a811e997a9dfa0df34e2a2f2d9

Azərbaycan çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib

903471a811e997a9dfa0df34e2a2f2d9

Forumun “dəyirmi masa”larından biri də qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunub

Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda “dəyirmi masa” keçirilib.

2d67859b394f78a6ec0b3177265d8d91

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir”

2d67859b394f78a6ec0b3177265d8d91

“Azərbaycanın tarixi Qarabağ bölgəsi və ətrafdakı 7 rayon işğal edilib. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Xocalıda öldürülənlər arasında xeyli qadın və uşaq olub”.

APA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.