Ermənistanın Azərbaycana təcavüzü

Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın.

Elxan Süleymanov

Bakı, Azərbaycan

11 iyun 2016-cı il

ABŞ Ağ Ev administrasiyası 10 iyun 2016-cı ildə Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verdi.

İspaniyanın məşhur “El pais” nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc olunub

1465184260460594937_1000x669

İspaniyanın məşhur “El pais” nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyini əks etdirən məqalə dərc olunub.

Yazıda Azərbaycanın siyasətçilərinin və analitiklərinin, o cümlədən Milli Məclis sədrinin müavini Bahar Muradovanın, deputat Rasim Musabəyovun fikirləri yer alıb.

Məqalədə Dağlıq Qarabağın tarixi Azərbaycanın torpağı olmasından, atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi pozulmasından, dinc əhaliyə qarşı edilən hərbi aqressiyadan bəhs edilir.

AVCİYA-nın petisiyası haqqında 148 dünya Kütləvi İnformasiya Vasitəsi yazdı

_MG_7917

5 iyun 2016-cı ildə Ağ Ev Administrasıyasının “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyasına münasibət bildirməsi üçün müddət  başa çatır. CNBC, REUTERS, THE BUSİNESS JOURNAL, YAHOO FİNANCE də daxil olmaqla 148 dünya Kütləvi İnformasiya Vasitəsi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun açıqlamasını yayıb. E. Süleymanov Ağ Evin petisiya ilə bağlı cavabı haqqında öz gözləntilərindən danışaraq qeyd edib:

XİN: Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinə faktaraşdırıcı missiyanın təşkilinə imkan vermir

XİN

“Ermənistanın da qoşulduğu “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair” 1954-cü il Haaqa konvensiyasının 4-cü bəndinə, konvensiyanın 1-ci və 2-ci əlavə protokollarına və digər beynəlxalq sənədlərə görə müharibə şəraitində maddi-mədəniyyət abidələrinin hərbi məqsədlərlə istifadə edilməsi qadağandır”.