Ermənistanın Azərbaycana təcavüzü

Şuşa qalasının bina olunması

Шуша_с-з_часть_крепости

Qarabağ vilayətinin ətrafı bir qədər asayiş tapıb Xəmsə məlikləri sakit olmağa başlayınca, baş qaldıran elatın bəzisi öz meyi və rəğbətlərilə, bəzisi də zorla mərhum Pənah xana itaət etdilər. Mərhum Pənah xan İranda olan qarışıqlığı eşitdiyi zaman, onun işıqlı ürəyinin aynasına belə bir fikir əks etdi ki, Gəncə, Qarabağ, Ərdəbil və Naxçıvan hakimlərini öz hökmranlığı altına alsın.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiya qanunvericiliyi mövqeyindən baxış

1462179395199692484_1000x669

“Youtube” internet resursunda rusiyalı tarixçi və siyasi analitik, tarix elmləri namizədi Oleq Kuznetsovun “Vestnik Kavkaza” nəşrinin redaksiyasında çıxışının video-yazısı yerləşdirilib. O.Kuznetsov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiya qanunvericiliyi mövqeyindən baxışı şərh edir. AZƏRTAC həmin çıxışın mətnini təqdim edir.

Mi-24 helikopterinin pilotu, şəhid mayor Urfan Vəlizadə

urfan velizade

Mayor Vəlizadə Urfan Uzeyir oğlu.  1978-ci il təvəllüdlü. Türkiyənin hərbi hava məktəbinin məzunu. 

Erməni silahlı birləşmələri tərəfindən Mi-24 helikopterinin vurulması nəticəsində şəhid olub. 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib.

Əli Həsənov: “Belə təəssürat yaranır ki, beynəlxalq təşkilatlar, Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun təhlükəsizliyinin təmin edilməsinə yönəldib”

8d2732fc8a7852793eb5bff132b03897

Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-sı gecə saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini və qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan – “Qrad” qurğuları, toplardan intensiv şəkildə atəşə tutublar. Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Bundan başqa, yalnız bu üç gün ərzində 100-dən artıq evə ziyan dəyib, onlarla ev dağıdılıb və yaşayış üçün yararsız vəziyyətə düşüb, əhalinin mülkiyyətinə, təsərrüfatına, habelə inzibati binalara, kommunal infrastruktura ciddi ziyan vurulub.

Əli Həsənov: Ermənistan mediası hadisələri ölkə rejiminin fəaliyyətinə uyğun işıqlandırır

trend_ali_hasanov_forum_270416_01

“20 ildən artıqdır ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirmir. Yəni əgər bir ölkə dünya müdiriyyətinin qəbul etdiyi qətnamələri yerinə yetirmirsə, həmin ölkənin jurnalistikasının qarantiyası varmı ki, vahid standartdan çıxış edərək obyektiv münasibət bildirəcək? Onlar hadisələri Ermənistan rejminin fəaliyyətinə uyğun işıqlandırır”.