Ermənistanın Azərbaycana təcavüzü

Əli Həsənov Ordumuzun hücumundan danışdı

Əli Həsənov

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xəzər” televiziyasına eksklüziv müsahibə verib.

Mi 24 helikopterinin pilotu, şəhid mayor Təbriz Musazadə

image

1981-ci il təvəllüdlü. Gürcüstanın Dmanisi rayonunun Yavuxlu kəndində anadan olub. 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb.

Erməni silahlı birləşmələri tərəfindən Mi-24 helikopterinin vurulması nəticəsində şəhid olub. 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib

 

Şəhid polkovnik-leytenant Raqub Orucov

 

Raqub Orucov

Polkovnik-leytenant Orucov Raqub Cahangir oğlu. 1972-ci il təvəllüdlü. Ağdam rayonunda anadan olub.

Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub!

Azərbaycan Ordusunun şəhid zabitləri dəfn edilib

146036940771847498_1000x669

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda “Mi-24” helikopterinin vurulması zamanı şəhid olan pilotlar – mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə, baş leytenant Əbubəkir İsmayılov, eləcə də polkovnik-leytenant Murad Mirzəyev aprelin 11-də son mənzilə yola salınıblar.

Corciya ştatının Nümayəndələr Palatasında ermənipərəst qətnamənin müəllifləri Azərbaycanı dəstəkləyib

Corciya ştatının Nümayəndələr Palatasının üzvləri Patrisiya Qardner və Demetrius Duqlas Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova məktub göndərib. Hər iki konqresmen rəsmi İrəvanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı separatçı rejimin tanınmasına çağıran HR1580 və HR1574 saylı qətnamələrin müəllifləridir.